Məşhur Ulysse Nardin (Ulis Nardin) şirkəti rəqəmsal texnologiyanın öncül nailiyyətləri əsasında saat ustalığı ənənənəsini birləşdirmiş və SCİ İnnovations ilə birlikdə Chairman Hybrid SmartPhone adlı orijinal şedevrini yaradıb. Bu telefon iş mexanizmi və dizayn elementlərinə görə ən yaxşı isveç saatlarının varisidir.


Multi-Touch texnologiyalı 2.8 dyümlük sensor JK ekran, 5 mp kamera, Wi-Fi modul, barmaq izlərinin inteqrasiya olunmuş biometrik skaner ilə təchiz olunmuş telefonun ən mühüm xüsusiyyəti isə öz sahəsində ilk hibrid smartfon olmasıdır. Belə ki, smartfonu həm ənənəvi yolla cihaz vasitəsi ilə enerji ilə doldurmaq olur, həm də öncədən quraşdırılmış rotorlu kinetik generator vasitəsilə enerji ilə doldurmaq mümkündür. Və bütün bu mexanizmin necə çalışdığını smartfonun arxa hissəsində saffir şüşə ilə örtülü olan kiçik pəncərədən də görmək mümkündür.


Ulysse Nardin telefonlarının hər modeli 1846 ədəd olmaqla limitli seriya ilə buraxılır. 1846 ədəd buraxılış isə şirkətin yaranma tarixi ilə bağlıdır.


Ulysse Nardin telefonları əllə yığılır və təkcə smartfon yox, həm də rəqəmsal texnologiyanın ən son yenilikləri ilə hazırlanmış yüksək sənət nümunəsi hesab olunur.


Ulysse Nardin telefonlarının Azərbaycanda eksklüziv distribyutoru “İtaldizayn” şirkətidir və Ulysse Nardin Chairman telefonlarını Niyazi küçəsi 5 ünvanındakı (tel: 492 76 56) Royal Collection butikində təqdim edir.