“British Airways” aviaşirkəti 2014-cü ilin yay cədvəli üçün yeni təyyarələrlə uçuşların və marşrutların sayını artıraraq, sərnişinlərə daha geniş seçim və üstünlüklər təklif edir.


 


Artıq aviaşirkətin parkında 3 “Airbus A380” və 4 “Boeing 787” təyyarələri mövcuddur. Yeni alınmış “Airbus A380” avialayneri sayəsində “British Airways” 2014-cü ilin sentyabr ayının 1-dən etibarən Vaşinqton (ABŞ) istiqamətində uçuşlara başlayacaq.


 


Hazırda sözügedən avialayner Los-Anceles (ABŞ) və Honkonq (Çin) şəhərlərinə uçuşlar yerinə yetirir, fevral ayında isə Yohannesburq (CAR) istiqamətində uşulara başlayacaq. “Boeing 787” təyyarəsinə gəldikdə, cari ilin martın 30-dan etibarən bu avialaynerlər Heydərabad (Hindistan), mayın 5-dən Çendu (Çin), iyunun 5-dən Filadelfiya (ABŞ), iyulun 5-dən etibarən isə Kalqari (Kanada) şəhərləri istiqamətində xidmət göstərəcək.


 


Bundan başqa, “British Airways” aviaşirkəti ötən ilin sentyabr ayında açılmış London-Çendu aviareysi üzrə uçuşların sayını cari ilin mayın 5-dən etibarən həftədə 3 dəfədən 5 dəfəyədək artıracaq. Mayın 6-dan Tokionun (Yaponiya) Xaneda aeroportuna uçuşların sayı həftədə 5 dəfənən 7 dəfəyədək artırılacaq. Eyni zamanda, Xaneda limanına uşular daha rahat vaxta keçiriləcək – 8:50-də (hazırda 6:35-də).


 


Aprelin 27-dən Mexiko (Meksika) istiqamətində də uçuşlar həftdə 5 dəfədən 6 dəfəyədək artırılacaq. Keyptaun (CAR) şəhərinə əlavə olaraq həftədə daha 3 uçuş yerinə yetiriləcək və nəticədə bu şəhərə həftəlik uçuşların sayı 7 dəfədən 10 dəfəyədək artırılacaq. Uçuşlar “Boeing 777-200ER” təyyarəsi ilə yerinə yetiriləcək ki, bu da əlavə olaraq 219 sərnişin deməkdir.


 


“Yeni təyyarələr sayəsində biz Hindistan, Çin və Amerika istiqamətində uçuş coğrafiyasını genişləndirmək, eyni zamanda mövcüd olan aviareyslər üzrə uçuşların sayını artırmaq imkanını əldə etmişik. Ümumi həcmi 5 mlrd. funt sterlinq təşkil edən investisiyalarımızın əsas hissəsi avialaynerlərin alınmasına, yeni marşrutların açılmasına, mövcüd aviareyslərin sayının artırılmasına və uçuş cədvəlinin yaxşılaşdırılmasına yönəldilib. 


 


Biz sərnişinlərimiz tərəfindən yeni təyyarələrimizlə bağlı müsbət rəylər alırıq və biz müştərilərimizə şəbəkəmizin genişliyini nümayiş etdirməkdə məmnunuq”, - deyə “British Airways” aviaşirkətinin Böyük Britaniya və İrlandiya üzrə satış bölməsinin rəhbəri Riçard Tams bildirib. Aviaşirkət növbəti 3 il ərzində daha 12 “Airbus А380” və 24 “Boeing 787” təyyarəsi aldıqdan sonra uçuş coğrafiyası bir qədər də genişləndiriləcək.


 


“Biz Çendu, Tokio, Mexiko və Keyptaun kimi şəhərlər istiqamətində xidmətlərimizin genişləndirməsindən məmnunuq ki, bu şəhərlərə xeyli tələbat var və biz bilirik ki, birbaşa müntəzəm aviareyslər sərnişinlərimiz üçün vacibdir”. Qeyd edək ki, sözügedən istiqamətlər üzrə rezervasiyanı aviaşirkətin www.ba.com internet səhifəsində etmək mümkündür.


 


 British Airways haqqında:


 



  • Yay mövsümində British Airways həftədə 10 aviareys, qış mövsümündə isə Bakıdan Londonun Hitrou hava limanına gündəlik aviareyslər həyata keçirir.
  • British Airways – marşrut şəbəkəsi 75 ölkə, 170 istiqaməti  əhatə edən irimiqyaslı beynəlxalq aviaşirkətdir.
  • British Airways hər il bütün dünya üzrə 36 milyona yaxın sərnişin daşıyır.
  • Aviaşirkət, əksəriyyəti uzun məsafəli uçuşlar üçün tam münasib  4 salon seçməyi təklif edir. Azərbaycanda müştərilərə iki cür salon təklif edilir – Biznes və Ekonom.
  • British Airways yeni təyyarələr, salonlar, texnologiyalar və marşrutlara daim maliyyə vəsaitləri ayırır.

 


Məlumat üçün British Airways aviaşirkətinin Azərbaycandakı nümayəndəliyinə müraciət edin.


Тel: (012) 436 85 09


E-mail: info@redcom.az