Fevralın 13-dən 17-dək Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən “PROD EKSPO 2012 - 19-cu Beynəlxalq qida, içki və onların istehsalı üçün xammal” sərgisində Gilan Holding 2 şirkətlə təmsil olunub. “Gilan Qəbələ Konserv Zavodu” JALƏ şirələri, “Gilan Lənkəran Konserv Zavodu” isə “Bağdan” kompot və mürəbbələri ilə sərgidə iştirak ediblər.
“Prod Ekspo” sərgisi MDB məkanının ən möhtəşəm qida sərgisi hesab olunur. 102 min kvadrat metr ərazini əhatə edən sərgi sahəsində dünyanın 85 ölkəsindən 2100 şirkət öz məhsullarını nümayiş etdiriblər. Sərgi zamanı ənənəvi olaraq hər sahə üzrə məhsulların müsabiqəsi keçirilib.
“JALƏ” şirələri şirə və nektar müsabiqəsində “İlin məhsulu”, “BAĞDAN” məhsulları isə kompot və mürəbbələr sahəsində olan müsabiqədə “İlin məhsulu” adlarına layiq görülüblər .
Məhsullarımızın keyfiyyətinin Azərbaycan hüdudlarından kənarda belə yüksək qiymətləndirilməsi çox sevindirici haldır, Gilan Qəbələ və Lənkəran Konserv Zavodlarının bu nailiyyəti ölkəmiz adına uğurdur.