"Hər şey səninlə başlar" seminarı ümumi bir uğur tədrisidir.


 


Hər bir şirkət  idarəçiləri və işçiləri birlikdə və ya ayrı-ayrı iştirak edə bilərlər. Seminar uğura aparan düşüncə tərzindən bəhs edir. Tələbələr, işçilər və idarəçilər üçün ayrı versiyaları var.



 


Bu seminarda  uğurun daxili və xarici maneləri, uğurun psixoloji istiqaməti, uğurlu insanların əsas fərqləri, uğur ilə şansın və səy göstərməyin əlaqəsi, əzmli insanların ortaq xüsusiyyətləri, uğurlu olmağı və karyera planlayarkən ən çox yol verilən səhvlər, uğur motivasiyasını yüksək saxlamaq üçün lazım olanlar, uğur istəyini itirmək və ətalət hissi, uğur mərkəzli yaşamaq üçün nələri bilməyin gərəkliliyi kimi mövzulara toxunur.


 


“Hər Şey Səninlə Başlar” Seminarı Qanun nəşriyyatı, Ali&Nino kitab mağazalarının, IDEA şirkətininFacemark.az saytının və 28Cinema təşkilatçılığı ilə 31 yanvar 19:00-da həyata keçiriləcək. Məqsəd uğur anlayışını mütəxəssis vasitəsilə insanalara təqdim etməkdir. Bu seminarda işçilər, menecerlər iştirak edə bilər. Biletləri 28 Cinemanın kassalarından əldə etmək olar.


 


İştirak üçün biletin qiyməti 20 azn-dir. Həmçinin bileti 28cinema.az saytından online da əldə edə bilərsiniz.


 


 


 


 



Mümin Sekman Semineri


 


Mümin Sekman kimdir?



 


Mümin Sekman fərdi inkişaf və sosial uğura aid kitabların müəllifidir.


 


Nəşr olunma sırasına görə əsərləri:



 


  1. Ya Bir Yol Tap, Ya Bir Yol Aç, Ya da Yoldan Çəkil.
  2. Mütəmadi öyrənmək
  3. Türk üsullu uğur
  4. Uğur universiteti
  5. Fərdi Ətaləti Yenmək
  6. Çevik Şirkətlər
  7. Hər Şey Səninlə Başlar
  8. Hər Şey Səninlə Başlar 9+
  9. Limit Sizsiniz
  10. Hər Şey Beyində Başlar

 



Bu kitablardan başqa sıfırdan zirvəyə qalxanların uğur hekayələrindən bəhs edən “İnsan istərsə: Əzmin zəfəri hekayələri” kitab seriyasının məsləhətçiliyini edir.



 


İstanbulda anadan olan müəllif Ankara universiteti, hüquq fakultəsində təhsil alsa da bu sahədə işləməyib.


 


Uğurlu insanları incələyib, necə uğurlu olduqlarını analiz edib, uğurlu olmaq istəyənlərə anlatmağı özünə missiya seçib. “Uğurlu olmaq öyrənilə bilər” fikrini yaymağa çalışıb.


 


Bir Müddət “Çoçuklar duymasın” serialının ssenari məsləhətçiliyini edən müəllif Fərdi İnkişaf mərkəzinin(www.kigem.com) qurucusudur. Kigem.com Türkiyənin fərdi inkişaf məzmunlu ilk internet səhifəsidir və Türkiyədə “Beyin həftəsi” təşkil etməkdədir.


 


Türkiyədə “fərdi inkişaf mütəxəssisi” ünvanını istifadə edən ilk insan olan Sekman həmçinin mərkəzi Londonda yerləşən The Success Think Tank-ın qurucusudur. Yazar dünyanın hər kvadratmetrinə düşən uğurlu insan sayını artırmağı fərdi missiyası sayır.


 


Rəqəmlərlə Mümin Sekmanın karyerası:





·         İlk kitabını 21 yaşında yazıb


·         Bu günə kimi 10 kitabı nəşr olunub


·         Türkiyənin 40 şəhərində seminar verib.


·         Seminarlarında 100.000-dən çox insan iştirak edib.


·         Kitabların cəminin nəşri 2.000.000-a çatıb.


·         Hər Şey Səninlə Başlar 8 ildə 1.000.000 nəşrlə Türkiyə rekordunu qırdı.