Hələ 10 il əvvəl korporativ yeni il təqvimlərini ölkəmizin yalnız iri holdinqləri, bankları sifariş edir və özlərinin Yeni İl təqdimatlarına daxil edirdilər. Bu gün sevindirici haldır ki, belə təqvimləri öz təqdimat paketlərinə uğurla inkişaf edən bir çox şirkətlər də daxil edir.
Dəyişikliklər özünü tək şirkətlərdə deyil, həm də korporativ təqvimlərin dizaynında da göstərir. Artıq təqvimin hansısa hissəsində yalnız şirkətin loqosunun olması yetərli sayılmır.
Korporativ təqvimin dizaynı daha kreativ işlənməli və şirkətin korporativ stilini özündə ən gözəl formada birləşdirməyi bacarmalıdır. O yalnız şirkət fəlsəfəsi deyil, həm də ağıl üçün zövqlü qida mənbəyi olmalıdır. Yuxarıda qeyd edilən belə kreativ təqvimlər sırasına İDEAL parfum və kosmetika mağazalarının 2014 cü il təqvimini də aid etmək olar. Təqvimin dizaynı tamamilə şirkətin kreativ komandasına aiddir. Əsas ideaya İDEAL mağazalar şəbəkəsinin Niche butikində təqdim edilən brendlərin tanıtımı və yaradıcılarının parfum haqqında düşüncələrinin maraqlı şəkildə çatdırılmasıdır. Təqvimdə fəlsəfəsi haqqında maraqlanmadan alıcının istifadə etdiyi parfumları yaradanların fotoları və sənəti haqqında düşüncələri təqdim edilib.