"AtaBank" ASC-nin 16 dekabr 2013-cü il tarixindən Facebook səhifəsində "Yeni İl, Yeni şans" şüarı altında start verdiyi hədiyyəli kampaniyanın qalibləri Könül Soltanova, Rəhimbala İbrahimov və Vəçixə Bədəvi olub.
Qaliblərə, "AtaBank" ASC-dən, balansında 100, 200 və 300 manat olan “Visa” və “MasterCard” kartları təqdim edilib. Yeni il ərəfəsində start verilən müsabiqənin əsas məqsədi istifadəçilərin bayram əhval-ruhiyyəsini yüksəltmək və onlara bu bayram günlərində sevinc hissi bəxş etmək olmuşdur.
Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük banklardan biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir. "AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər sosial şəbəkədə bankın səhifəsini ziyarət edə bilərlər - www.facebook.com/ AtaBank.