Hər bir avtomobil sahibi “dəmir dostunu” istifadəyə tam yararlı vəziyyətdə görmək istəyir. Bunun üçün avtomobili, rəsmi nümayəndənin servis mərkəzinə, periodik olaraq tələb olunan dövri texniki baxışa gətirmək, texniki baxışdan keçirdikdən sonra isə tələb olunan təmir işlərini icra etmək lazımdır.
Avtomobilimizi rəsmi servislərdə təmir etdirən zaman bir çox müştərilərin üzləşdiyi çətinlik maddi imkanlarla bağlı olur. Bu səbəbdən bəzi müştərilər ya tələb olunan təmiri icra etmir, ya da keyfiyyətsiz və zəmanətsiz təmir xidmətləri təklif edən profilaktoriyalara müraciət edir.
Amma hər iki halda müştəri büdcəsi zərər görür.
Bütün bu halları nəzərə alaraq, “Nissan Azərbaycan” Azərbaycanda avtomobil bazarında ilk olacaq bir yeniliyi – Kreditli Servis xidmətini təqdim edir.
15 fevral 2012-ci il tarixindən start verilən Kreditli Servis kampaniyasında “Nissan Azərbaycan”ın başlıca partnyoru “NBC Bank” ASC-dir. “NBC Bank” Kreditli Servis Xidmətinin başlıca maliyyə dəstəkçisi olaraq, öz növbəsində, müştəriləri külli miqdarda sənəd toplusu tələbi ilə yormur, operativ olaraq kredit məbləğini əldə etmək imkanı yaradır.
Kreditli Servis xidmətinin müştərilərə qazandırdığı üstünlüklər:
1. Banka getmədən servis daxilində kreditləşmə
2. Servis haqqini hissə-hissə ödəmə
3. Az məbləğ ödəməklə orijinal və zəmanətli ehtiyat hissələrindən faydalanmaq
4. Büdcənizə qənaət
Odur ki, yolunuzu rəsmi servisdən salin, servis haqqini hissə hissə ödəyin!!!
Ətraflı məlumatı Nissan salonlarından və http://www.nissan.az/ saytından, həmçininwww.facebook.com/NissanAzerbaijan səhifəsindən əldə edə bilərsiniz.
“Nurgün Motors” şirkəti 1996-cı ildən Azərbaycan bazarında NİSSAN konserninin rəsmi distribütorudur. Şirkət, Nissan markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. Şirkətin Bakı şəhərində 3 (Babək pr.31, Salamzadə küç.2 və Xoyski pr.104A) ünvanda, həmçinin Gəncə (Gəncə-Şəmkir şossesi 1-ci km), Şəki (M.Ə.Rəsulzadə küç.2) və Lənkəran (Ləvəngi dairəsi) şəhərlərində salonları fəaliyyət göstərir. “Nurgün Motors”un salonlarından alınan hər bir avtomobilə 3 il müddətinə və ya 100.000 km zəmanət verilir. “Nurgün Motors” 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə edib və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilib.
“Nurgün Motors” müştərilərinə təqdim etdiyi servis xidmətlərinə görə müxtəlif vaxtlarda nüfuzlu mükafatlara layiq görülüb.
NISSAN getdiyin yolları_DƏYİŞ
Əlavə məlumat üçün ünvanlar və telefonlar:
Ünvanlar: Bakı şəhəri, Salamzadə küç.2 (Nəqliyyat Nazirliyinin yanı)
Tel.: (+99412) 430 81 41 , 430 87 00, 430 90 90
Gəncə şəhəri, Gəncə-Şəmkir şossesi 1-ci km
Telefon: (+994 22) 256 57 00
Şəki şəhəri, M.Ə.Rəsulzadə küç.2
Telefon: (+994 44) 277 13 97
Lənkəran şəhəri, Ləvəngi dairəsi
Telefon: (+994 25) 254 24 18
E-mail: info@nurgunmotors.az
Rəsmi sayt: www.nissan.az
Facebook səhifəsi: www.facebook.com/NissanAzerbaijan