Komtec LTD (“MilliÖn”ün ticarət nişanı) öz müştərilərinə göstərilən xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə, o cümlədən öz filiallarının artırılması vasitəsilə müştərilərə xidmət şəraitinin təkmilləşdirilməsi üçün daimi əsasda fəaliyyət göstərir.


 


2014-cü ilin yanvar ayının 28-də “Müştəri Xidmətləri” ofisi Gəncə ünvanında fəaliyyətə başlayıb: Atatürk prospekti, 251A. Yeni ofisdə müştərilərin və işçi heyətinin rahat olması üçün hər bir şərait yaradılıb.


 


Geniş otaqlar isə rahat mebel və müasir texnika ilə təchiz olunmuşdur. Müştərilər yeni ofisdə “MilliÖn”ün yaratdığı bütün xidmətlərdən istifadə edə bilər: kommunal xidmətlərə görə hesabların ödənilməsi, mobil və stasionar rabitə, internet və kabel TV, aparıcı bankların kreditlərinin ödənilməsi və qeyri-bank kredit təşkilatları. Binanın layihələndirilməsi zamanı müştərilərin rahatlığı və funksionallığının yüksək dərəcədə təmin olunmasına xüsusi diqqət yetirilmişdir.


 


Yeni ofisdə xidmət “bir pəncərə” konsepsiyasına uyğun olaraq həyata keçirilir ki, bu da müştərilərə bütün lazımi əməliyyatları maksimum tez həyata keçirməyə imkan verəcək. Təntənəli açılış mərasimində Gəncə Şəhər İcra hakimiyyətinin nümayəndələri, Komtec LTD rəhbərliyi, digər rəsmi şəxslər iştirak etmişdir. Rəmzi qırmızı lenti Gəncə Şəhər İcra hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov və Komtec LTD İcraçı direktoru Samir Şirinov kəsib.


 


"Komtec LTD - ölkənin ən dinamik inkişaf edən şirkətlərindən biridir və biz həmişə müştərilərə ani xidmətlərin etibarlı göstərilməsi, yüksək peşəkar səviyyədə əhaliyə xidmət və peşəkar personalın seçilməsinə xüsusi diqqət yetirmişik.  Bizim üçün yalnız müştərilərimizə keyfiyyətli xidmət təklif etmək vacib deyil, həm də onu hər yerdə təklif etməkdir. Gəncədə açılan ofis ölkənin hər bir şəhərində ofislərin açılması istiqamətində ilk addımdır" – Samir Şirinov deyib. MilliÖn bundan sonra da öz inkişafını sadalanan xidmətlərin bütün spektlərində öz müştərilərinə təklif edən universal servis kimi davam etdirmək niyyətindədir.


 



Gəncə ünvanı: Atatürk prospekti, 251A, Tel: (022) 2562085



 


MilliÖn Komtec şirkətinin bir markasıdır. “MilliÖn”ün əsas məqsədi ani, rahat və keyfiyyətli ödəniş üçün əhaliyə xidmət etməkdir. MilliÖn vasitəsilə vətəndaşlar mobil və stasionar telefonlara, kabel televiziyası, internet və kommunal xidmətlər üzrə borclarını ödəyə bilər. Hal-hazırda “MilliÖn”də 75-dən çox kütləvi xidmət müəssəsi birləşdirilmişdir. MilliÖn ödəniş köşkləri ticarət və biznes mərkəzlərində, metro stansiyalarında, supermarketlərdə, banklarda, hava limanlarında, Bakının və Azərbaycanın digər şəhərlərinin vağzallarında yerləşir.