Dünyanın ən məşhur sosial media saytlarından olan Facebook 10 yaşını qeyd edir. Harvard Universitetində tələbə olanda ağılına gələn fikir ilə saytı quran və bu gün 1 milyard  istifadəçiyə çatan Facebookun  qurucusu və İcraçı direktoru Mark Zuckerberg, keçən 10 ildə sıfırdan 31 milyard dollar qazanıb.


 


Şirkətin səhimi  bu gün 61 dollardan icra olunur. Facebookun 2013-cü ildə reklam gəliri 2 milyard 340 milyon dollar təşkil edib və əvvəlki illə müqayisədə 76% artıb.


 


Zuckerberg, bu gəliri əlindəki 500 milyon ədəd Facebook səhmlərini sataraq əldə edib. Facebookun bazar dəyərinin 150 milyard dollar olduğu bildirilir. Ötən il birjaya çıxan şirkətin 150 milyard dollarlıq bazar dəyərinə ABŞ tarixində ən sürətli şəkildə çatdığı bilinir. Mütəxəssislər, ABŞ-da "texnologiya balonunun" partladığı 2000-ci illərdə də bəzi şirkətlərin sürətli bir şəkildə dəyər qazandıqlarını, ancaq sonradan  çökməsinin qarşısının alına bilinmədiyinə diqqət çəkirlər.