Samsung-dan daha bir Galaxy mobil telefonu. Yeni mobil telefon Galaxy Grand Neo adlanır. MWC 2014 yaxınlaşsa da Samsung, özünü əlindəki yeni orta səviyyəli “Galaxy”sini tanıtmaqdan çəkindirə bilmədi. Bir çox xüsusiyyəti daha əvvəl sızan Galaxy Grand Neo, 5 düymlük 480x800 keyfiyyətli bir telefondur.


 


1.2 GHs dörd nüvəli prosessora, 1GB RAM və 8GB genişləndirilmişdir yığma sahəsinə sahib Galaxy Grand Neo, 143.7 x 77.1 x 9.6 mm ölçülərində və Android 4.2 Jelly Bean ilə gəlir.


 


Telefonun arxa hissəsində 5 megapiksellik, ön hissəsində VGA keyfiyyətli bir kamera var. Cihazın digər xüsusiyyətləri arasında Bluetooth 4.0, HSPA + və GSM dəstəyi, cüt SIM kart özəlliyi var. Samsung, elanında telefonun çıxış tarixindən bəhs etməsə də Hollandiya mərkəzli bir satıcı, təxminən 355 dollara ön sifariş almağa başlamış vəziyyətdədir.