Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) tərəfindən təşkil etdiyi aylıq işgüzar naharında iştirak etmişdir.
Tədbirdə çıxış edən F.Nəbiyev Dövlət Miqrasiya Xidmətinin “AmCham”la əməkdaşlığından məmnun olduğunu bildirmiş və tədbir iştirakçılarına rəhbərlik etdiyi qurumun ən yeni nailiyyətlərindən və miqrasiya məcəlləsinə 2013-cü ildə “AmCham” üzvləri tərəfindən təklif olunmuş dəyişikliklərdən danışıb.
“Bu görüşdə mən olduqca səmimiyəm, “AmCham”ın Azərbaycanda iqtisadi və biznes mühitini yaxşılaşdırmağını, onun üzvləri tərəfindən hazırlanmış və Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul olunan təklifləri və davam edən möhkəm əməkdaşlığımızı çox yüksək qiymətləndirirəm. Dövlət Miqrasiya Xidməti hər zaman “AmCham” tərəfindən təqdim olunan təklifləri dəstəkləyir. “AmCham”ın Dövlət Miqrasiya Xidmətinə yönəltdiyi hər bir sual cavablandırılacaq”, - deyə F.Nəbiyev bildirmişdi. “Sizin rəhbərliyiniz altında zamanı iki təşkilat arasında yeni bir pilləyə qalxan əməkdaşlığımızı yüksək qiymətləndirirəm. Bizim mütəmadi əməkdaşdaşlığımız, “AmCham” tərəfindən təklif olunan və Miqrasiya Məcəlləsinin sonuncu variantına daxil edilən dəyişikliklərin sayı, habelə bizim daim dialoqa hazır olmağımız bunun ən böyük göstəricilərindəndir.
Ümidvarıq ki, bizim əməkdaşlığımız Azərbaycanın biznes mühitinə yaxşı təsir edəcək”, - deyə tədbirdə çıxış edən Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Azərbaycanın icraçı direktoru xanım Nərgiz Nəsrullayeva-Müdüroğlu. Tədbir zamanı F.Nəbiyev Azərbaycanda Amerika Ticarət Palatasının üzvlərini milli kadrları işə götürməyə çağırıb. O, Azərbaycanın işçi bazarında olan hazırlıq səviyyəsindən xəbərdar olduğunu bildirib və məhz buna görə bu şirkətlərin qəbul etdiyi kadrlar üçün təlimlər keçirməli olduğunu qeyd edib. Biznes üçün istedadlı gənclərin sayını artırması üçün Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) Azərbaycan və Azərbaycan Təhsil Nazirliyi birgə layihə irəli sürmüşdür. Nahar zamanı təqdim olunan sorğu bu layihənin ilk atdımı kimi təqdim olunmuş, Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri tərəfindən cavablanmışdır.
“AmCham” haqqında:
Azərbaycanda Amerika Ticarət Palatası Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya biznes assosiasiyasıdır. 1996-cı ildə yaradılmış AmCham 270-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. Biz Azərbaycanda xarici investisiyaların 80%-i eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edirik. Bizim sahə komitələrimizin vasitəsilə, üzvlərimiz məlumatlarla bölüşür, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir. "AmCham" üzvü olaraq, şirkətlər və təşkilatlar Azərbaycan və ABŞ hökumətlərinin biznes, informasiya və əlaqələr daxil olan geniş bazaya daxil olma imkanı qazanır.