Fevral ayının 1-dən etibarən Bakcell şirkəti Müştəri Xidmətlərində və Bakcell-IMlərdə Mobil Nömrələrin Daşınması (MND) prosesi əsasında müvafiq xidmətləri təqdim etməyə başladı.


 


Bakcell üstün keyfiyyətli mobil rabitə şəbəkəsi və ən sərfəli tarifləri və xidmətləri təklif edir.Həmçinin Bakcell şirkəti Mançester Yunayted futbol klubunun ən yaxşı mobil tərəfdaşı kimi qəbul edilmişdir.


 


Nömrənizi Bakcell şəbəkəsinə daşıyın və Ulduzlar Liqasına qoşulun! .“Mobil nömrə daşınması” xidməti sayəsində abunəçinin daim istifadə etdiyi nömrə dəyişmədən istənilən mobil operatorun şəbəkəsinə qoşula bilər. Nömrəniz köçürüləndən sonra,prefiks yəni (050, 051, 055, 070, 077) dəyişilməz olaraq qalacaq. Beləliklə,siz mobil operatoru dəyişdikdən sonra yeni nömrə almaq və nömrənin dəyişməsi barədə tanıdığınız insanlara məlumat vermək məcburiyyətində qalmayacaqsınız.