Stimullaşdırıcı tirajlı lotereyanın şərtinə əsasən, kampaniyanın başlanma tarixi olan 1 martdan etibarən ən azı 50 manat məbləğində alış-veriş etmiş Bolkart sahibləri lotereyaya qatılmaq hüququ əldə etmiş olur. 

Hər tiraj zamanı Bolkartla edilmiş hər 50 manat dəyərində alış-veriş kartın sahibinə yalnız həmin tirajda bir iştirak hüququ verir. Aksiya zamanı daha çox alış-veriş etmiş şəxs daha çox udmaq şansı qazanır. Məsələn, 250 manat miqdarında alış-veriş etmiş kart sahibi 5 şans əldə etmiş olur. İştirak hüququ hər tirajın uduş fondunun oynanılması tarixinədək əldə edilə bilər. Qeyd edək ki, nağdlaşdırma əməliyyatına aid dövriyyələr lotereyaya aid edilmir. Bolkart üzərində təsbit edilmiş 16 rəqəminin son 8 rəqəmi iştirakçının eyniləşdirmə kodu olacaq. Lotereyaya qatılan hər bir şəxsin kodu elektron bazadan xüsusi proqram vasitəsilə təsadüfi seçim əsnasında müəyyən ediləcək. Uduş fondunun ümumi məbləği 10 000 manat, hər tirajın uduş fondunun məbləği isə tirajların sayından asılı olmayaraq 5 000 manat təşkil edir. Uduş fondu hər tirajda 1 iştirakçıya 1000 manat, 5 iştirakçıya 500 manat, 15 iştirakçıya isə 100 manat pul məbləği olmaq şərti ilə oynanılacaqdır.

Uduş fondunun oynanılması iki tirajdan ibarətdir və aşağıdakı tarixlərdə baş tutacaq :
1-ci tiraj – 2 aprel 2012-ci il
2-ci tiraj – 2 may 2012-ci il.

Uduşların nəticələri “Azərbaycan”” qəzeti səhifələrində dərc ediləcək.

“Bu kampaniya ilə ölkənin ilk və yeganə multimerchant (çox partnyorlu) hissəli ödəniş layihəsi olan Bolkart müştərilərinin stimullaşdırılması ilə ölkədə nağdsız ödənişlər sisteminin inkişafına töhfə vermək məqsədi güdülür” – deyə, Bank of Baku-nun sədr müavini Abbas İbrahimov bildirib: “Qeyd edim ki, hazırda 7000-dən artıq Bolkartlı ölkənin 200-ə yaxın ticarət obyektində rahat alış veriş edib, aldıqları mal və ya xidmətlərin dəyərini aylar ərzində ödəyə bilir. Bu günə Bolkartla edilən əməliyyatların sayı 8000-dən artıqdır. Əminik ki, nəzərdə tutulan uduş kampaniyası ilə layihənin inkişafına yeni bir təkan veriləcək”.

Lotereyanın şərtləri ilə daha ətraflı tanış olmaq üçün Bank of Baku-nun 145 nömrəli Məlumat Mərkəzinə zəng etmək mümkündür. Bolkart sahibləri habelə onlayn rejimdə www.bolkart.az və ya sosial şəbəkə səhifəsi– www.facebook.com/Bolkart vasitəsilə məlumat əldə edə bilərlər.