Bildiyimiz kimi Bakcell Mobil Nömrələrin Daşınması (MND) prosesini artıq öz müştərilərinə təqdim edib. Bakcell üstün keyfiyyətli mobil rabitə şəbəkəsi və ən sərfəli tarifləri və xidmətləri təklif edir.



Həmçinin qeyd etmək istərdik ki, Bakcell şirkəti Mançester Yunayted futbol klubunun ən yaxşı mobil tərəfdaşı kimi qəbul edilmişdir. Nömrənizi Bakcell şəbəkəsinə daşıyın və Ulduzlar Liqasına qoşulun!



MOBİL NÖMRƏ DAŞINMASI: Mövcud olan mobil nömrənizlə (mövcud operatorunuzun SIM-kartı ilə) Bakcell-in istənilən rəsmi mağazasına yaxınlaşıb şəxsiyyət vəsiqənizi təqdim edin. Mobil nömrə daşınması yalnız nömrənin sahibi tərəfindən həyata keçirilə bilər. Daşınacaq nömrənin sahibi deyilsinizsə, o zaman həmin nömrənin sahibi tərəfindən verilən etibarnaməni təqdim etməlisiniz.



BAKCELL-Ə MÖVCUD MOBİL NÖMRƏNİZİ DƏYİŞMƏDƏN KÖÇÜN: Mobil nömrə daşınması (MND) prosesi 2013-cü ilin əvvəlində başlanmışdır. Siz hal-hazırda istifadə etdiyiniz nömrə ilə (prefiks daxil olmaqla) Bakcell şəbəkəsinə rahatlıqla qoşula bilərsiniz.



NİYƏ MƏHZ BAKCELL? : Çünki Bakcell şəbəkəsinə qoşulmaqla Sizə təklif olunan üstünlüklərdən hər zaman yararlana bilərsiniz.