Bakcell şirkəti bu yaxınlarda həyata keçirilmiş mobil nömrə daşınması xidməti ilə bağlı reklam çarxlarını təqdim etdi. Xatırladaq ki, mobil nömrə daşınması abunəçiyə istifadə etdiyi nömrəni dəyişmədən istənilən mobil operatorun şəbəkəsinə qoşulmaq imkanı yaradan bir xidmətdir.
Çarxların ideyası McCann Baku reklam agentliyinə məxsusdur. Sitkom üslubunda çəkilmiş çarxlarda iki futbol azarkeşinin söhbəti təqdim olunur. Onlar televizorda baxdıqları matçdakı situasiyalara uyğun Bakcell-ə daşınmanın üstünlüklərini əyləncəli yolla izah edirlər.
Bakcell öz nömrəsilə şəbəkəyə yeni qoşulan abunəçilərə güclü şəbəkə və sərfəli tariflər təklif edir. İstənilən abunəçi Bakcell-ə keçməklə həmin üstünlüklərdən və bir çox digər təklif və xidmətlərdən faydalana bilər.