GoldenPay şirkəti VİSA  beynəlxalq ödəniş sisteminin dəstəyi ilə əhalini kommunal ödənişləri müasir ödəniş sistemi vasitəsilə  aparmaq üçün birgə stimullaşdırıcı aksiya keçirir. Azərbaycan Respublikasının əhalisi kommunal ödənişləri bank kartları vasitəsilə internetdən – hesab.az portalında ödəyə bilərlər


Onlayn ödəmə portalı (hesab.az) bütün növ kommunal ödənişlərini, o cümlədən telefon və mobil rabitə, internet və kabel televiziyasını ödəmək imkanı yaradır. Bu təkcə operativ və rahat demək deyil, həmdə sərfəlidir. Qeydiyyatdan sonra, hər ödəniş apardıqda abunəçiyə bonus xallar əlavə olunur.  Kart vasitəsilə hər xərclənmiş 1 qəpiyə görə 1 bal verilir və həmin ballar vasitəsilə abunəçi elektron lotoreya bileti əldə etməklə müxtəlif hədiyyələr qazana bilər.


1 mart tarixindən 30 aprel tarixinədək  Visa kart sahibləri üçün kommunal xidmətlərin ödəniş zamanı xüsusi güzəştlər nəzərdə tutulub. İki ay ərzində aktiv ödəniş aparan VİSA kart sahibləri digər ödəniş sisteminə məxsus bank kartları sahiblərindən üç dəfə artıq bonus xallar əldə edəcəklər. Aksiyanın sonunda  hədiyyələrin oynanılması planlaşdırılır. Qaliblərə internet maqazin  aromat.az, Eurosel, Nexus, Victory Tour, NLT и Bestel şirkətləri tərəfindən  möhtəşəm hədiyyələr təqdim olunacaq.


“50 ildən çox müddət ərzində VİSA şirkəti dünyada nəğdsiz ödəniş sistemi sahəsi üzrə liderlərdən biridir. Bizim məqsədimiz istehlakçılara istənilən yerdə istənilən vaxtda, həmçinin internetdə ən rahat ödəniş vasitəsi təqdim etməkdir” – deyə VİSA-nın MDB üzrə regional meneceri Aleksandr Kalita qeyd etmişdir. – Dünyada 2.2 milyard internetə qoşulma qeydiyyata alınıb və bizim üçün vacibdir ki, VİSA kart sahibləri təkcə real dünyanın imkanları ilə məhdudlaşmasınlar. Sutkada 24 saat ərzində real mağazada olduğu kimi, virtual mağazada da istifadə edə bilsinlər. GoldenPay-ı dəstəkləməyimiz bizim Azərbaycanda elektron ticarət bazarını inkişaf etdirmək hədəfimiz təsdiqləyir, və sözsüz bu da ölkədə bütün nəğdsiz ödəniş bazarının inkişafına yardım edir”


“Bugün hesab.az internet resursuna Azərbaycanın əhaliyə kütləvi ödəmə xidmətləri göstərən  20-dən çox böyük şirkət və 10000-dən artıq aktiv istifadəçi qoşulub. Şirkətlər arasında Azərbaycanın mobil operatorları, kabel televiziyası operatorları, internet operatorları və telefon rabitəsi var. Biz VİSA şirkəti ilə əməkdaşlıqdan şadıq, və onlara təşkkür edirik ki, onlar bizim internetdə nəğdsiz ödəniş sistemini inkişaf etdirmək təşəbbüsümüzü dəstəkləyib və ümid edirik ki, bu layihə kartın rahat, operativ və etibarlı olduğunu əyani sübütu olacaq” – deyə GoldenPay şirkətinin təsisçisi Fərid İsmayılzadə şərh edərkən bildirmişdi.


GoldenPay aktiv mobil telefon istifadəçiləri üçün hesab.az portalının xüsusi m.hesab.az versiyasını hazırlayıb. Kompyuterə çıxış olmadığı təqdirdə  portalın mobil versiyası vasitəsilə günün istənilən saatında ödəniş aparmaq olar. Əsas şərt odur ki, istifadəçidə internetə bağlı mobil telefon və bank kartı olsun.


GoldenPay haqqında 


GoldenPay şirkəti Azərbaycanda ilk və ən təhlükəsiz internet ödəmə sistemidir. Bu gün şirkətin xidmətlərindən 100-dən çox təşkilat istfadə edir ki, onların da 20-dən çoxu kütləvi ödəniş xidməti göstərən şirkətlərdir. Bundan başqa GoldenPay özünə məxsus portalların yaradılması ilə məşğuldur. Sığorta sahəsində, bilet satışında və əhali üçün digər sahələrdə xidmət göstərmək üçün onlayn layihələri həyata keçirməyə planlaşdırır. GoldenPay şirkəti vasitəsi ilə ödənişlərin aylıq dövriyyəsi, ölkədəki bütün POS terminalların dövriyyəsindən çoxdur.  Şirkət və xidmətlər haqqında daha ətraflı məlumatı www.goldenpay.az ala bilərsiniz.


VİSA şirkəti haqqında


VİSA 200-dən çox ölkədə fəaliyyət göstərən qlobal ödəniş sistemidir. Şirkət kart sahibləri, ticarət və xidmət müəssisələri, maliyyə və dövlət qurumları üçün operativ, təhlükəsiz və etibarlı elektron ödəmə sistemi ilə təmin edir. Elektron ödənişlər qlobal VisaNet emal sistemi vasitəsilə həyata keçirilir, hansı ki, saniyədə 20.000 çox əməliyyatlar idarə edir, eyni zamanda istehlakçıları fırıldaçılardan mühafizə edir və ödənişlərin zəmanəti ticarət-servis müəssisələri üçün həyata keçirilir. VİSA bank deyil, kart istehsal etmir, kommisiya xərci və istehlakçılara faiz dərəcələri  müəyyən etmir. Həmçinin kart sahiblərinə kredit vermir. Öz növbəsində, VİSA-nın innovativ həlləri maliyyə qurumlarına öz müştəriləri üçün debit, öncədən ödəmə və kredit kartları məhsulları daxil olmaqla geniş maliyyə alətləri  təqdim edir.


Daha ətraflı məlumat üçün www.corporate.visa.com saytına daxil olun.


  


Əlaqə:


 


Synergy partnership


Tel: +99412 4924223


Mob: +99450 3448787