Hər zaman sosial layihələrə dəstək olan  “Yapi Kredi Bank Azərbaycan’’ bu dəfə də 16 fevral 2014-cü il tarixində Binə  qəsəbəsində fəaliyyət göstərən  kimsəsiz uşaqlara himayədarlıq edən “Ümid Yeri’’ uşaq evini ziyarət etdi.


 


Uşaq evində 40dan çox azyaşlı və məktəbli uşaqlar qalır. Valideyin himayəsindən kənarda qalmış bu uşaqlar gələn qonaqları çox böyük həyəcan və sevinclə qarşıladılar. Heyyət tərəfindən təşkil olunan intelektual və əyləncəli oyunlar uşaqların sevinc və həyəcanına səbəb oldu. 


 


Daha sonra çoxlu sayda hədiyyələr uşaqlara paylanıldı. Beləcə,bank heyəti uşaq evinin kiçik sakinləri ilə maraqlı zaman keçirdilər. Sonda uşaqlarla birgə xatirə şəkili çəkildi. Bu tip Korporativ Sosial Məhsuliyyət yönümlü tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyətin diqqət və mənəvi qayğıya ehtiyyacı olan təbəqəsinə dəstək olmaq, onlardan diqqət və qayğını əsirgəməməkdir. “Yapi Kredi Bank Azərbaycan’’ belə tədbirləri 2014-cü ildə mütəmadi olaraq keçirməyi planlaşdırır.