“Nar Mobile” qarşıdan gələn Novruz bayramında bütün abunəçilərini sevindirəcəkdir. Bayram günlərində abunəçilər mobil operatordan bonus dəqiqələr alacaqlar. Hər zaman abunəçilərinin ovqatını yüksəltməyə çalışan mobil operator bayram günlərində onlara bonus dəqiqələr hədiyyə etmək niyyətindədir.


 


Belə ki, “Nar Mobile” abunəçilərinin fevral ayında şəbəkədaxili və şəbəkəxarici zənglər üçün sərf etdikləri vəsaitin 10%-i onların mart ayındakı şəbəkədaxili və şəbəkəxarici zənglər üçün nəzərdə tutulmuş balanslarına geri qaytarılacaqdır. 


 


Martın 1-dən etibarən, abunəçilər əlavə edilmiş dəqiqələri öz balanslarında görə biləcəklər. Lakin bonus dəqiqələrdən sadəcə 20 mart – 27 mart 2014 cü il tarixləri arasında istifadə etmək mümkün olacaqdır. Bonus dəqiqələr hər bir abunəçinin fevral ayında sərf etdiyi danışıq dəqiqələri əsasında hesablanaraq bütün tariflərin istifadəçilərinə şamil ediləcəkdir. Qeyd edək ki, öncədən ödənişli tarif planına qoşulmuş istifadəçilər Novruz kampaniyasının təmin etdiyi fürsətlərdən avtomatik istifadə edə biləcəklər. 


 


Kampaniya barədə əlavə məlumatı İnternet səhifəmizdən əldə edə bilərsiniz: https://www.narmobile.az/pages/default/pageName=campaigns_catalog&id=497/