Ölkəmizin sığorta sektorunda ixtisaslaşan Başak-İnam Sığorta Şirkəti uzun illər sonra restyling etdi. MaxCreative ilə əməkdaşlıq edən Başak – “İnam Sığorta Şirkəti” nin agentlikdən tələbi əsasən logonun restaylinqi, korporativ üslubun tamamilə yenilənməsi və reklam standartlarının hazırlanması idi.
İki ay sürən əməkdaşlıq nəticəsində şirkətin loqosu qrafik dizayn prinsiplərinə uyğun olaraq yenidən stilləndirilmişdir. Keçmiş loqonun kifayət qədər bilinirliyi və müştərinin istəyini nəzərə alaraq agentlik böyük dəyişikliklər etməyib.
“Başak-İnam Sığorta Şirkəti”nin reklam standartları hazırlanarkən markanın logosunun daim diqqəti cəlb etməsi və şirkətə aid ümumi mesaj kodlanması MaxCreative tərəfindən əsas prinsip kimi ələ alınmışdır. Şirkət artıq korporativ üslubun tətbiqinə başlamışdır.