Azərbaycanın internet məkanında nüfuzlu xəbər portallarından olan www.day.az saytının keçiridiyi sorğuda “Bank of Baku” oxucuların ən çox səsini toplayan bank  olub.


 


Saytın “Siz hansı banka üstünlük verirsiniz?” («Какому банку вы отдаете предпочтение?») sualına cavab verənlərin 14.24%-i “Bank of Baku”-nu qeyd edib. 


 


Beləliklə, “Bank of  Baku” sorğuda adı hallanan onlarla yerli bank arasında ən çox səs toplayaraq reytinqin birinci pilləsində qərarlaşıb. Bir aydan çox davam edən sorğuda minlərlə internet istifadəçisi iştirak edib. “Bank of Baku” sorğudakı birinciliyi son illər istehlakçıları məmnun edən yeni məhsul və xidmətlərin təqdim edilməsi və  mövcud məhsul və xidmətlərin  təkmilləşdirilməsinə müştərilərin müsbət reaksiyası kimi qəbul edir.


 


Bolkart kredit kart sahiblərinin durmadan artması, daimi müştərilər üçün imtiyazlı “Dostlar klubunun” kartları və digər müsbət tendensiyalar “Bank of Baku” tərəfindən istehlakçıların etimadı kimi qiymətləndirilir. Xatırladaq ki, “Bank of Baku”  ilk dəfə deyil ki, internet istifadəçilərin yüksək etibarını qazanır.


 


Ötən il iki yerli onlayn nəşr banker.az və facemark.az saytları tərəfindən keçirilmiş bank sorğularında “Bank of Baku”  birinciliyi əldə etmişdir. “Bank of Baku”-nun xidmət və məhsulları barədə ətraflı: 145 nömrəli Məlumat Mərkəzi və ya www.facebook.com/bankofbaku