Son illərdə spam (arzulanmayan, reklam xarakterli) məktubları dünyada göndərilən bütün məktubların 80%-85%-ni təşkil edir. Bəzi yerli şirkətlər hələ də spama ehtiyac duyur, spam ilə email marketinqini eyniləşdirir.
Məşhur təhlükəsizlik şirkəti Symantec spam haqda hesabatında bildirir ki, dünyada məktubların 74.2%-ni spam təşkil edib. Yerli təcrübəyə nümunə olaraq, onu qeyd etmək olar ki, box.az-a gələn məktubların 70-75%-i spamdır.
Symantec Spam Intelligence 2011 hesabatında bu cür nəticə alınır:
Beləliklə, göründüyü kimi xaricdə spam tipli reklamı yalnız və yalnız saxta, keyfiyyətsiz və ya qeyri-qanuni xidmət və məhsullar üçün istifadə edirlər.
İndi isə Box.az-a gələn yerli spamlara, yəni yerli şirkətlər tərəfindən göndərilən spamlara nəzər salaq:
İndi isə Box.az-a gələn yerli spamlara, yəni yerli şirkətlər tərəfindən göndərilən spamlara nəzər salaq:
Siyahını davam etdirmək də olar, lakin bizim əsas məqsədimiz spamların növlərini araşdırmaqdır. Əyləncə saytlarını çıxsaq, yerdə qalan saytların bir çoxu müstəri qazanmaq istəyən ciddi şirkərlərdir. Problem də məhz burdadır – Azərbaycanda bir çox şirkət spamı normal bir marketinq aləti hesab edir. Həmçinin bizim müşahidələrimiz göstərir ki, yerli spamın həcmi hər il artır.
O zaman, nə üçün yerli şirkətlər bu cür “marketinqə” üz tuturlar?
Bir çox hallarda şirkət/sayt sahibləri ucuz qiymətə aldanır. Nowmail.az, Sot.az və bir neçə digər yerli spam şirkətləri 100-300 manata 1.000.000-a qədər istifadəçiyə məktub göndərir. Bu şirkətlər özlərini internet marketinq şirkətləri adlandırsalar da, əsas işləri spamdır.
Lakin nəzərə almaq lazımdır ki, spam, email marketinqi deyil. Əgər spam effektiv marketinq aləti olsaydı bunu dünyanın qabaqcıl şirkətləri də istifadə edərdi. Ola bilsin ki, göndərdiyiniz spamın qısamüddətli faydasını görəsiniz, məsələn saytınızın ziyarətçiləri artsın. Lakin sizin şirkəti spam vasitəsilə tanıyan istifadəçilərin ağlında siz həmişəlik ucuz bir brend kimi yadda qalacaqsınız və potensial müştərilərinizdən məhrum olacaqsınız.