Bank of Baku” Azərbaycan bankları arasında nağdsız hesablaşmaların artırılmasına ən çox töhfə verən bankdır. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının nağdsız ödənişlər üzrə nominasiyasında, “Bank of Baku” 1-ci yerdə qərarlaşıb.


 


Hesablanan əmsala görə, plastik kart sayına münasibətdə ən çox nağdsız əməliyyat məhz “Bank of Baku”-nun   POS-terminallarında və bankomatlarında aparılıb. 



 


Eyni zamanda “Bank of Baku” “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyasında 3-cü yerə layiq görülüb. Beləliklə, “Bank of Baku” hər iki nominasiya üzrə təltif edilərək xüsusi diplomlar alıb. Xatırladaq ki, ölkədə nağdsız hesablaşmaların həcminin artırılması  məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən son illər ardıcıl tədbirlər görülür.


 


Nağdsız ödənişlərin əhatə dairəsini genişləndirməklə   “Bank of Baku” ölkədə nağdsız ödənişlərin stimullaşdırılmasını hərtərəfli dəstəkləmiş olub. “Bank of Baku” nağdsız hesablaşmaların artırılmasına bundan sonra da xüsusi önəm verməkdə davam edəcək. Bu gün “Bank of Baku”-ya aid kredit kartları arasında Bolkart xüsusi çəkiyə malikdir.


 


 Bolkartdan istifadə edən Azərbaycan vətəndaşlarının sayı artıq 200.000-ni aşıb. Bu rəqəm, Azərbaycanın hissə-hissə ödənişli kredit kartları arasında ən yüksək göstəricidir. Banka məxsus digər populyar kredit kartlarını loyal müştərilərə verilən “Dostlar Klubu” kartları, VİSA və MasterCard kredit kartları, Mybrands və İdeal kobrend kredit kart növləri təşkil edir. “Bank of Baku”-nun kredit kartları barədə daha ətraflı: 145 Məlumat Mərkəzi və ya www.facebook.com/bankofbaku