Procter&Gamble 1600 işçisini xaric etməyə qərar verib, buna səbəb kimi reklama çox pul xərclənməsi, Facebookda yayımlanan reklamın ənənəvi keyfiyyətlə eyni olması, qiymətin isə çox ucuz olmasıdır. İllik reklam büdcəsi 10 milyard dollar təşkil edir., bu isə sahənin ən böyük xərclərindən biridir. Böyük xərclər isə gəlirin miqdarını aşağı salır.
Gəlirləri optimizə etmək məqsədilə Procter&Gamble içində marketoloqlar da daxil olmaqla 1600 nəfər işçini xaric etməyə qərar verib. Şirkətin baş direktoru Robert Makdonaldın sözlərinə görə Facebook və Google vasitəsilə yayımlanan reklam ənənəvi mediada yayımlanan reklamdan daha effektli olur, həm də ucuz başa gəlir.
Makdonald deyir ki, son iki ildə reklam xərcləri 24% artıb, satışdan gələn gəlir isə yalnız 6% artıb. İndi mediada reklam verən çoxdur, amma biz digitalı üstün tuturuq. Makdonald bunu da bildirdi ki, bu sahədə reklam kampaniyalarının fərqli yolları var. Hər bir brend sosial şəbəbkələrdə auditoriyalarla qarşılılqlı əlaqədə olur, məsələn, YouTube-dakı Old Spice dezodorantının reklamı. Bu reklama indiyədək 39 milyon adam baxıb. Ekspertlər Procter&Gamble şirkəti problemini sosial media vasitəsilə ancaq ayrı-ayrı məhsulların reklam kampaniyasının keçirmələrində görür.