Azərbaycan ilk və qanuni mərc operatoru olan “Topaz”da oynamaq daha da asanlaşıb. Lent.az-ın məlumatına görə, martın 1-dən etibarən futbol azarkeşləri rahat şəkildə - ofisində, evində, bir sözlə, internet olan hər yerdə bir-birindən maraqlı oyunlara mərc qoyuluşu edə biləcəklər. 

Çünki artıq “Topaz” internetdədir. Müştərilər www.etopaz.az saytına daxil olub asanlıqla qeydiyyatdan keçdikdən sonra virtual hesab yaradaraq istənilən oyuna proqnoz verə bilərlər. Bundan başqa mobil, futbol azarkeşləri telefon vasitəsilə wap.etopaz.az saytına daxil olub çox rahatlıqla pul qoyuluşu etmək imkanı da əldə ediblər.

Qeyd edək ki, bu gün  www.etopaz.az saytının rəsmi təqdimat mərasimi keçiriləcək.