“British Airways” aviaşirkəti Azərbaycan sərnişinlərinə daha çox səyahət etmək və yaxınları ilə görüş imkanı yaradmaq üçün mart ayının 10-dək alınan və iyul ayının sonunadək nəzərdə tutulan biletlərə xüsusi qiymətlər təklif edir.
Yeni il və baharın gəlişini ifadə edən, gecə və gündüzün bərabərləşdiyi gündə qeyd edilən Novruz bayramı Azərbaycan sərnişinləri üçün yaxınlarını gözlənilməz istirahət ilə sevindirməyin ən gözəl vaxtıdır!
Novruz - Böyük Britaniyaya, Avropaya, ABŞ-a və Kanadaya güzəştli tariflərlə səyahət etmək üçün mükəmməl vaxtdır. "Düzgün vaxtda başlayan xüsusi tariflər kampaniyası ilin birinci rübündə bir çox ailəyə gözlənilməz istirahət planı qurmaq imkanı yaradır. Azərbaycanlı qonaqların hər il Londonda baş verən axınını nəzərə alaraq, biz bu xüsusi tarifləri təqdim edirik. Beləliklə, səyyahlar Böyük Britaniya qonaqpərvərliyindən zövq alaraq, rahat səyahət imkanı qazanır", - deyə "British Airways"in Yaxın Şərq və Orta Asiya regionları üzrə kommersiya meneceri Paolo de Renzis bildirib.
"British Airways" Azərbaycandan Londona həftə ərzində 6 uçuş təqdim edir. Bundan əlavə, daha uzaq istiqamətlərə uçan sərnişinlər üçün London şəhərində bir və iki günlük gəzinti imkanları təklif olunur. Güzəştli uçuş tarifləri 2014-cü il martın 10-dək davam edir və "Club World", "World Traveller Plus" və "World Traveller" siniflərinə və bu ilin iyulun 31-dək nəzərdə tutulan səyahətlərə şamil olunur. Güzəştli tariflərlə Böyük Britaniyaya biletlər 478 avrodan, Avropaya - 473 avrodan, ABŞ və Kanadaya isə 743 avrodan başlayır. "British Airways"in uçuşlarının tam siyahısı ilə ba.com saytında tanış olmaq mümkündür.
“British Airways” haqqında:
- Yay mövsümində British Airways həftədə 10 aviareys, qış mövsümündə isə Bakıdan Londonun Hitrou hava limanına gündəlik aviareyslər həyata keçirir.
- “British Airways” – marşrut şəbəkəsi 75 ölkə, 170 istiqaməti əhatə edən irimiqyaslı beynəlxalq aviaşirkətdir.
- “British Airways” hər il bütün dünya üzrə 36 milyona yaxın sərnişin daşıyır.
- Aviaşirkət, əksəriyyəti uzun məsafəli uçuşlar üçün tam münasib 4 salon seçməyi təklif edir. Azərbaycanda müştərilərə iki cür salon təklif edilir – Biznes və Ekonom.
- “British Airways” yeni təyyarələr, salonlar, texnologiyalar və marşrutlara daim maliyyə vəsaitləri ayırır.
Məlumat üçün “British Airways” aviaşirkətinin Azərbaycandakı nümayəndəliyinə müraciət edin.
Тel: (012) 436 85 09
E-mail: info@redcom.az