Bu ilin aprelin 8-dən etibarən “Microsoft” Korporasiyası “Windows XP” əməliyyat sisteminə və “Office 2003” proqramlar paketinə göstərdiyi texniki dəstəyi rəsmi olaraq dayandıracaq. “Microsoft” 12 il ərzində “Windows XP”yə texniki dəstək göstərib.
Lakin korporasiyanın fəaliyyətini inkişaf etdirən müasir texnologiyalara investisiyaların yatırılmasını nəzərə alsaq, aprelin 8-dən sözügedən əməliyyat sisteminin dəstəklənməsi və avtomatik yenilənmələrin buraxılışı dayandırılacaq.
Bu da o deməkdir ki, aprelin 8-dən etibarən “Windows XP” istifadəçilərinin kompüterləri təhlükəsizlik baxımından daha zəif olacaq. Bu gün bir çox istehsalçılar öz avadanlıqlarını və proqramlarını “Windows”un sonuncu versiyası üçün optimallaşdırır və ehtimal olunur ki, “Windows XP” istifadəçilərini bir sıra əlavəsi və cihazları (printer, skaner və s.) sözügedən əməliyyat sistemi ilə işləməyəcək.
Lakin “Microsoft” Korporasiyasından bildiriblər ki, “Windows XP” üzərində işləyən kompüterlərin antivirusunu təmin edən məhsullar üçün yeniliklər və siqnaturanın buraxılışı gələn ilin iyulun 14-dək davam edəcək. Hazırda “Windows XP” və “Office 2003”lə işləyən şirkətlər təhlükəsizliyin səviyyəsini artırmaq üçün bu məhsulların yenilənmiş versiyalarından istifadə etməlidir.
Kompüteri, resursları və biznesi təhlükəsiz etmək üçün istifadəçilər mövcud olan kompüter avadanlığında əməliyyat sistemini yeniləməlidirlər. Kompüterlə əməliyyat sisteminin uyğunluğunu istehsalçının rəsmi internet təhifəsində yoxlamaq mümkündür və kompüter sisteminin tələbatı əməliyyat sisteminin son versiyasınadək yenilənməsi ilə uyğun gəldiyi halda, onu təlimata əsasən ardıcıl olaraq quraşdırmaq.Kompüter “Windows 8” əməliyyat sisteminin yeni versiyası ilə işləmədiyi halda bir sıra yenilik təklif edən yeni müasir kompüter almaq məsləhət görülür.
“Microsoft” haqqında:
1975-ci ildə təsis edilmiş “Microsoft” Korporasiyası proqram təminatı istehsalında dünya lideridir. “Microsoft” Korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri. “Microsoft” Korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur.