Dodge brendi Dünyanın 50 Ən İnnovativ Şirkətindən biri seçilib. Fast Company jurnalının bu reytinqə həsr olunmuş 2014-cü il buraxılışında Dodge 11-ci yerdədir. Brendin siyahıya düşməsinə səbəb uğurlu təşəbbüsləri ilə bağlı adının çox hallanması olub.


 


Dünyanın 50 Ən İnnovative Şirkəti siyahısında ilk 10-luqda Google, Bloomberg, Dropbox, Netflix, Nike kimi yenilikləri günbəgün dəyişən və adları dildən düşməyən nəhənglərin adı var.


 


Twitter, Amazon və Apple-in belə Dodge-dan sonra gəlməsini Fast Company münsifləri brendin yeni Dodge Durango ilə bağlı reklam kampaniyası ilə əlaqələndiriblər. Məşhur komediya aktyoru Uill Ferrelin çəkildiyi “Aparıcı” filmi yayımlanandan Dodge Durango satışları 50%-dən çox artırıb. Qərargahı Nyu-Yorkda yerləşən Fast Company dünyanın aparıcı bizness medialarından sayılır. Unikal nəşrləri və təhlilləri texnologiyalar, etik iqtisadiyyat, liderlik və dizayn istiqamətlərinə yönəlib.