Oyunları ilə insanları saatlarla ekranlardan ayırmayan, son vaxtlar ən populyar oyunlarından biri olan “Candy Crush”ın birjada açıq kütləvi satışı (İPO) barədə detallar məlum olub. Məşhur oyunun istehsalçısı “King Digital”, İPO-dan 7 milyard dollardan çox gəlir əldə etməyi gözlədiklərini açıqlayıb.
Baş qərargahı Dublində yerləşən şirkət, bir səhimin qiyməti 21-24 dollardan olamaqla 22,2 milyon səhmini satışa təqdim etməyi planlaşdırır. Bu şəkildə səhmlərin ilkin kütləvi satışından ən azı 6,6 milyard, ən çoxu isə 7,5 milyard dollar gəlir əldə edilməsi gözlənilir.
Şirkət səhmlərinin ilkin satışı üçün Nyu-York Birjasını (NYSE) seçib. Şirkət “KING” simvolu ilə icra olunacaqdır. Məşhur oyunun istehsalçısı keçən il 568 milyon dollar xalis mənfəət, 1,8 milyard dollar isə cəmi gəlir əldə edib. “Candy Crush” ilk dəfə 2012-ci ilin Aprel ayında Facebook üçün yaradılmışdır. Həmin ilin Noyabr ayında isə smartfonlar üçün versiyası təqdim edilib. Şirkətin İPO-ya gələn ay başlayacağı gözlənilir, ancaq bu ana qədər rəsmi bir tarix açıqlanmamışdır.