11-23 Fevral tarixləri arasında JİS School-un ilk beynəlxalq seminarı baş tutmuşdur. JİS komandası Tokyonun reklam bazarı ilə tanış olmaq məqsədilə biznes-səyahətə getmişdir.
Biz Tokyoda fəaliyyət göstərən müxtəlif şirkətlərə görüşlərdə iştirak etdik. Reklam biznesinin Yaponiyada necə işlədiyini müşahidə edərək biz reklam istehsalı və satışında Yapon nöqteyi nəzərini yerindəcə öyrənə bildik.
13.02.2014 - İlk günü şam yeməyi ilə qeyd etməyi qərara aldıq.
13.02.2014 - İlk Tokyo axşamını xoş gəzinti ilə başa vurduq.
14.02.2014 - Beləliklə, hər kəsi ilk iş günü münasibətilə təbrik edirik. İlk gün biz iki görüş keçirdik. Bunlardan biri 40 b2b nəşriyyatı, 1000 əməkdaşı və illik dövriyyəsi 1.6 milyard dollar olan nəhəng Nikkei BP holdinqi ilə olan görüş idi.
14.02.2014 - Sakit okeanda üzmək fikri hər zaman əlçatmaz arzu kimi səslənə bilər. Xüsusilə, küçədə havanın temperaturu 0 dərəcə, qar dizə qədər, okeanın temperaturu isə +15 dərəcədirsə- ancaq bütün bunlar bizi qorxutmadı və biz Sakit Okeanda üzdük. Deyirlər Tokioda ildə 2-3 dəfə yağan qar fövqaladə hal hesab olunur. Bu il isə sanki yaponların "bəxti gətirmişdi" və il ərzində artıq dördüncü dəfə qar yağırdı, özü də səhərdən axşama qədər dayanmadan. Yerləşdiyimiz otelin yaxınlığında hətta küçə eskalatoru da qurulmuşdu. Biz isə qardan adam düzəltməyə də vaxt tapdıq. Tokio isə hər bir halı ilə gözəldir.
16.02.2014 - Növbəti gün biz saatda 270 km sürətlə hərəkət edən qatarla kiotoya yola düşdük. Qatarda İphone-nun enerji yığması üçün avadanlıq, qəlyanaltı etmək, çay və ya kofe içmək üçün hər bir şərait var. Bundan əlavə, əyləşdiyiniz kreslonun arxa tərəfindəki ekranda cərgənizin nömrəsi və boş olan vaqonların sayı göstərilir.
Kiotoya gedən yolda Fudzi dağının mənzərəsi açılır.
Möhtəşəm Kioto!
17.02.2014 - Daha sonra SANKO PARTNERS - 1965-ci ildə əsası qoyulmuş müstəqil yapon reklam agentliyi ilə görüşdük. Şirkət çox da böyük olmasa da, autentikliyini qoruyub saxlaya bilmişdir. Öz fəlsəfəsi, üslubu və marketinqə xüsusi yanaşması olan bir şirkətdir.
Əlbəttə ki, bu qədər avtobrendi olan bir ölkədə avtomobil oyunlarını oynamamaq olmaz.
Shinto-tsushin kreativ agentliyi. Yaponiyada 22-ci yeri tutur.
18.02.2014 - Görüşlər iştirakçılardan biri olan Pyotr Tsıpandinin ad gününü qeyd etməyimizə mane olmadı. Sözsüz ki, Pyotr onun üçün nəsə hazırladığımızı anlamışdı, ancaq nəticə onun gözləntilərini də aşdı - biz dörd yol ayrıcında əsl fleş mob keçirdik. İşıqforun yaşıl işığı yananda hər birimiz yolu keçib dörd yolun kəsişməsində dayandıq və bu zaman hər kəsin əlində bir hərfdən ibarət plakat var idi, deyəsən hətta yolun hərəkətini də bir müddətlik dayandırdıq. Möhtəşəm! Daha sonra isə gecəyə karaoke, restoran, diskoteka ilə davam etdik. Məhz bu yalnız səfər deyil, bütün həyatımızın ən parlaq anlarından biri olaraq xatırlayacağımız məqam idi.
Gecə saat 3-də isə balıq bazarına yollandıq. Məhz bu saatda təzə ton balığı bazara gəlir.
19.02.2014 - Növbəti gün bizi Yaponiya Reklam Birliyi ilə görüş gözləyirdi.
20.02.2014 - Daha sonra biz NTT şirkətinin in-house agentliyi olan və bütün NTT brendlərinə xidmət göstərən NTT ADV ilə görüşdük. Bu gəlir baxımdan 2011-ci ildə Yaponiya üzrə dördüncü yerdə duran bir şirkətdir.
20.02.2014 - Tokyoda olmaq və Yapon mətbəxinin dadına baxmamaq mümkün deyil. Bizim qarşımıza, sözün hərfi mənasında fantastik formatda tərtib olunmuş Genki Sushi kafesi çıxdı. Divar boyu düzülmüş stolların hər biri monitorla təchiz olunub. Bu monitorlar vasitəsilə menyudan yemək seçib sifariş etmək olar. Bir az sonra isə yemək özü sinidə sizin qarşınıza gəlir!
Hər şey çox sürətli, dadlı və futuristikdir! Kiçik bir sahədə 60-a yaxın insan əyləşə bilir.Alkoqolsuz, doyunca yemək yemək iki nəfər üçün cəmi 3 AZN-ə başa gəlir. Bizlərdən bəziləri hətta Eric Claptonun konsertinə də gedə bildi. Tokyoda işçi turizm mədəni həyatla çox gözəl səsləşir.
21.02.2014 - Son gün biz 3 müxtəlif şirkətlə görüşdük. Tokyodakı işgüzar görüşlərimizi şam yeməyi ilə müşaiyəy olunan Ueda Masaya tərəfindən aparılan mühazirə ilə yekunlaşdırdıq.
23.02.2013 - Yaponların hər bir şeyə, o cemlədən reklama da xüsusi yanaşmasının olduğu danılmaz faktdır. Bu insanlar təccübləndirməkdən və dünyanın kreativ düşüncəli insanlar üçün bol imkanlar məkanı olduğunu sübüt etməkdən yorulmurlar. Maraqlı və unikal məlumatlar, müsbət enerji axını və ən əsası bundan sonra da işləyib yaratmaq üçün qazanılan motivasiya- Tokyoya səfərimizin başlıca xülasəsi budur.
Görüşdüyümüz və təcrübə bölüşdüyümüz şirkətlərə nəhəng holdinqlərdən biri olan Nikkei BP, ictimai teleradioşirkət NHK-Yaponiyanın milli televiziya və radiosu, Shinto Tsushin, JAAA- Yapon Reklam Agentlikləri Birliyi, Yaponiyanın reklam bazarında 5-ci yeri tutan NTT AD və digərləri daxil idi. Keçirilən görüş və seminarlardan əlavə, iştirakçılar Tokionun gözəlliyindən zövq almaq, Yapon mətbəxinin dadına baxmaq, həmçinin Yaponiyada həyatın bütün sahələrini əhatə edən texnologiyasının son inkişaf tendensiyaları ilə tanış olmaq imkanı qazandılar.