IDC-nin apardığ ıyeni tədqiqat piratçılıq və zərərli proqram təminatı arasında əlaqə olduğunu göstərir.


 


International Data Corporation ( IDC ) və Sinqapur Milli Universiteti tərəfindən birgə aparılan tədqiqata əsasən, 2014-cü ildə bütün dünyada müəssisələr proqram təminatına qəsdən yüklənmiş zərərli proqramlarla bağlı problemlərin aradan qaldırılmasına 500 mlrd. ABŞ dolları xərcləyəcək.


 


Proqnozlara görə, təhlükəsizlik məsələlərinin həlli üçün 127 mlrd. dollar, məlumatlarla bağlı qanunpozuntusunun qarşısının alınmasına isə 364 mlrd. Dollar sərf olunacaq. Cari ildə qlobal istehlakçılar təhlükənin aradan qaldırılmasına və piratproqram təminatına yazılan zərərli proqramlara görə sıradan çıxan bahalı kompüterlərin təmirinə 25 mlrd. dollar və 1,2 mlrd. Saat sərf edəcəklər.


 


“Pirat proqram təminatı ilə kibertəhlükəsizlik sahəsində qanun pozuntuları arasında əlaqə” adlı tədqiqat göstəribki, sorğuda iştirak edənlərin 60%-i ən çox şəxsi məlumatların və faylların itirilməsindən, internetdə avtorizasiya olunmamış tranzaksiyalardan (51%-i), elekton poçtun, sosial və bank şəbəkələrində akkauntların sındırılmasından (50%i) qorxur.


 


Buna baxmayaraq, sorğu iştirakçılarının 43%-I təhlükəsizliklərini təmin etmək üçün yenilənmələri yükləmirlər və kompüterlərini kibercinayətkarların hücumu üçün açıq saxlayırlar. Sorğuya əsasən, ticarət sirlərinin və ya rəqabətli məlumatların itkisi (59%), məxfi hökumət məlumatlarına icazəsiz girişi (55%), eləcə də əhəmiyyətli infrastruktura kiberhücümlar (55%) ölkə hökumətlərini narahat edir. Güman edilir ki, bu hökumətlər pirat proqram təminatı üzərində zərərli proqramlarla bağlı xərcləri 50 mlrd. dollar təşkil edə bilər.


 


“Kibercinayətkarlar təhlükəsizliyin təmin olunmasında mövcud olan istənilən boşluqdan gəlir əldə edirlər. Gəlir əldə etmək üçün onlar kompüter şəbəkəsinin sıradan çıxarılmasına dair yeni üsullar tapıblar. Nəticədə onlar istdiklərini əldə edirlər: sizin şəxsi məlumatlar, parol, pul. Məhz buna görə biz “Microsoft”un Kibercinayətkarlığa qarşı mübarizə mərkəzində bu cür addımlara son qoymaq və sizin şəxsi və maliyyə məlumatlarınızı qoruçaq, eyni zamanda, cinayətkarların maliyyə stimulunu azaltmaq niyyətindəyik”, - deyə “Microsoft”un Kibercinayətkarlığa qarşı mübarizə mərkəzinin icraçı direktoru və baş hüquq məsləhətçisinin müavini Devid Finn bildirib.


 


Tədqiqatın nəticələri martın 19-da piratçılıqla zərərli proqramlar arasında əlaqənin olması barədə məlumatlandırmanın genişləndirilməsinə yönəldilmiş və “Microsoft”un qlobal təşəbbüsü olan “Play It Safe” kampaniyası çərçivəsində dərc olunub.


 


Tədqiqatın əlavə cəhətlərinə daxildir:


 



Şirkətlərin zərərlərinin təxminən 2/3 hissəsi (315 malrd. dollar) mütəşəkkil cinayətkarlığın əlində olacaq


Proqram təminatının təxminən 20%-i müəssisələrdə işçilər tədəfindən quraşdırılır


Sorğuda iştirak edən şirkətlərin 28%-i kompüterləri, şəbəkəni və ya veb-saytları sıradan çıxaran təhlükəsizlik pozuntularından məlumat verib



 


“Pirat proqram təminatının istifadəsi – minalanmış sahədə gəzintiyə bənzəyir: siz minanı nə vaxt tapdalamağınızı bilmirsiniz, lakin siz bunu etsəniz nəticələr məhvedici ola bilər. Maliyyə riskləri əhəmiyyətlidir və potensial itkilər bir vaxt gəlirli biznesi etibarsız edə bilər. Leqal proqram təminatının alınması uzunmüddətli perspektivdə ucuz başa gəlir – hər halda siz zərərli proqram şəklində “əlavələr” əldə etməyəcəyinizi bilirsiz”, - deyə IDC-nin baş elmi əməkdaçı Con Qants qeyd edib.



 


Sinqapur Milli Universitetinin mütəxəssisləri pirat proqram təminatlı 203 kompüter tədqiq ediblər və kompüterlərin 61%-nin öncədən zərərli promlara yoluxmasını aşkar ediblər. Bu kompüterlər 11 ölkənin reseller dükanlarından əldə olunub.


 


“Yeni kompüterlərin pirat proqram təminatına görə zərərli proqramlara yoluxması bizi narahat edir. Bu, istifadəçiləri və şirkətləri təhlükəsizlik baxımından zəiflədir. Universitetin texniki ekspertizası kibercinayətkarların pirat proqram təminatının təchizatını artırdığını bildirir. Biz onlayn və kibertəhlükəsizliyi təmin etmək üçün lisenziyalı proqram təminatından istifadə etməyi tövsiyə edirik”, - deyə Sinqapur Milli Universitetinin professoru Biplab Sikdar bildirib.


 


Qlobal tədqiqat prosesində aparılan sorğuda Braziliya, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, Yaponiya, Meksika, Polşa, Rusiya, Sinqapur, Ukrayna, Böyük Britaniya və ABŞ-dan olan 1 700 kompüter istifadəçisi, o cümlədən informasiya texnologiyaları sahəsində çalışan işçilər və rəhbərlər, dövlət qulluqçuları iştirak edib. Eyni zamanda Braziliya, Çin, İndoneziya, Meksika, Rusiya, Cənubi Koreya, Tayland, Türkiyə, Ukrayna və ABŞ-da əldə olunan 203 kompüter tədqiq olunub. Builki tədqiqat IDC-nin 2013-cü ildə təşkil etdiyi “Saxta və pirat proqram təminatının təhlükəli dünyası” tədqiqatının davamıdır.


 


Müştərilərə http://www.microsoft.com/security səhifəsini ziyarət etməyi və zərərli proqramlar barədə ətraflı məlumat və onların kompüterləri heç bir virusa yoluxmadığını yoxlamaq tövsiyə olunur. Kompüterdə hər hansı zərərli proqram təminatı olarsa, sözügedən veb-sayt infeksiyanın aradan qaldırılması üzrə alətlər təklif edir. IDC-nin tədqiqatı barədə daha ətraflı məlumatı www.play-it-safe.net və ya www.microsoft.com/en-us/news/presskits/dcu/default.aspx veb-səhifələrində əldə etmək mümkündür.


 


“Microsoft” haqqında:


1975-ci ildə təsis edilmiş “Microsoft” korporasiyası proqram təminatı istehsalında dünya lideridir. “Microsoft” korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri. “Microsoft” korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Microsoft Azerbaijan” şirkətinin başlıca vəzifəsi – elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulların tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.