"British Airways" aviaşirkəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən nüfuzlu qida və içki festivalı olan - “Dubayın Dadı” adlanan festivalda mərkəzi pavilyonunu tutmuşdur.
Keçmişdə "Pussycat Dolls" qrupunun aparıcı ifaçısı, hazırda isə solo karyerasında multi-platinum satışları olan müğənni - Nikol Şerzinger "British Airways"in xüsusi qonağı olaraq Dubaya aviaşirkətin təyyarəsinin eksklüziv "VİP Lounge"unda qoşuldu.
Müğənni "British Airways"in idarəedici heyəti və korporativ müştəriləri ilə görüşüb, habelə festivalın iştirakçıları ilə şəkil çəkdirib. "Dubay mənim ən sevimli şəhərlərimdən biridir, çünki burada bir qızın ürəyindən keçə biləcək hər şey var. Mən "Dubayın dadı" festivalına "British Airways"in "VİP Lounge"da gələrkən dünya səviyyəli xidmətdən və Britaniya qonaqpərvərliyindən, həmçinin, buradakı inanılmaz kulinariya seçimlərindən zövq aldım. "British Airways"ə təşəkkür edirəm, hər şey əla idi!” - deyə Nikol Şerzinger bildirib.
“British Airways” aviaşirkəti "Dubayındadı" festivalının "VIP Lounge" tərəfdaşıdır. Üç gün ərzində "Dubai Media City"də keçirilən festivalda aviaşirkətin əməkdaşları qonaqpərvərliyin şahidi oldu.
British Airways haqqında:
Yay mövsümində British Airways həftədə 10 aviareys, qış mövsümündə isə Bakıdan Londonun Hitrou hava limanına gündəlik aviareyslər həyata keçirir.
British Airways - marşrut şəbəkəsi 75 ölkə, 170 istiqaməti əhatə edən irimiqyaslı beynəlxalq aviaşirkətdir.
British Airways hər il bütün dünya üzrə 36 milyona yaxın sərnişin daşıyır.
Aviaşirkət, əksəriyyəti uzun məsafəli uçuşlar üçün tam münasib 4 salon seçməyi təklif edir. Azərbaycanda müştərilərə iki cür salon təklif edilir - Biznes və Ekonom.
British Airways yeni təyyarələr, salonlar, texnologiyalar və marşrutlara daim maliyyə vəsaitləri ayırır.
Əlavə məlumat üçün “British Airways” aviaşirkətinin Azərbaycandakı mətbuat nümayəndəliyinə müraciət edə bilərsiniz.
Тel: (012) 436 85 09
E-mail: info@redcom.az