NETTY2014 10-cu Azərbaycan Milli İnternet Mükafatı başlanılıb. İştirak üçün ərizələrin qəbulu www.netty.az saytında həyata keçirilir. NETTY2014 keçirilmə qaydalarına əsasən iştirakçı saytların qeydiyyatı ilə bağlı ərizələrin qəbulu 2014-cü ilin 2 Aprel tarixdən 11 May tarixnədək həyata keçirilir.


 


12 May tarixdən 18 May tarixinədək NETTY2014 nominantların müəyyən edilməsi üzrə Ekspert Şurasının və Virtual münsiflər heyəti  19 may heyətinin paralel səsverməsi həyata keçirilir.


 


19 May tarixində Ekspert şurasının və Virtual münsiflər heyətinin (şura hər nominasiyada iki nominant seçir, münsiflər heyəti isə hər nominasiyada bir nominant) nominantların yekunlaşdırılmış seçiminə əsaslanaraq, NETTY Akademiyası öz səsverməsinə başlayır. Akademiya mövcud nominasiyalardan hər birində mükafatın yeganə qalibini müəyyən edir.


 


NETTY2014 nominasiyalarının finalçıları rəsmən təntənəli mərasimdə elan edilirlər. Müsabiqənin əsas mükafatı NETTY heykəlciyi qaliblərə təntənəli surətdə verilir. Mükafatlandırma mərasimində mükafatın bütün nominantları iştirak edirlər. Mükafatlandırma mərasiminin tarixi və yeri barədə məlumat daha sonra təqdim ediləcək.


 


Virtual münsiflər heyətinin üzvü olmaq və müsabiqənin nominantların seçimində iştirak etmək saytı ziyarət edən və ya Facebook və Twitter sosial şəbəkələrində qeydiyyatdan keçmiş hər bir şəxs ola bilər. Ekspert şurası - peşəkar mütəxəssislər, hansılar ki, müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşır. NETTY Akademiyası, Azərbaycanın ictimai, dövlət və biznes - strukturlarında çalışan nüfuzlu şəxslərlə təmsil olunur.



 


Ənənəvi olaraq müsabiqə çərçivəsində Azərbaycanda ən yaxşı saytları aşağıdakı nominasiyalar üzrə elan olunacaq;


Dövlət saytı


Korporativ sayt          


Elm və təhsil  


Mədəniyyət və incəsənət     


Cəmiyyət


İnformasiya və xəbərlər       


Servis - saytlar          


Əyləncə         


İdman


Elektron Kommersiya sahəsində ən yaxşı sayt


Azərbaycan


Şəxsi sayt      


 


Müsabiqə çərçivəsində "Mobil qurğular üçün ən yaxşı proqramlar", “Milli informasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə” və “İlin İT-hadisəsi” - fəxri mükafatları təqdim edilir. Hər il müsabiqədən kənar əlavə nominasiyalar da təyin olunur. Cari ildə, müsabiqə AR Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin, AR Mədəniyyət və Turizm Nazirliyinin, RYTN-nin Elektron Təhlükəsizlik Mərkəzinin hərtərəfli dəstəyi ilə keçirilir.


 


Müsabiqənin partnyorları qismində Microsoft şirkəti, BakuTelsərgisi, Nurlar şirkəti, Ali&Nino kitab mağazaları şəbəkəsi, Happyland şirkəti çıxış edirlər. Layihənin dizayn dəstəyi Kokon şirkəti tərəfindən həyata keçirilir. Hüquqi dəstək “De Jure” hüquq firması tərəfindən aparılır. Tədbirə İnformasiya dəstəyini 1news.az, Infocity.az, Oxu.az, Disput.az, Inet.az, Weblist.az göstərir. NETTY Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib.


 


NETTY - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. NETTY mükafatı Azərbaycanın ən yaxşı veb - layihələrini, informasiya texnologiyalar sahəsində mütərəqqi xadimləri üzə çıxarır. Çoxillik fəaliyyət nəticəsində milli İnternet sahəsində ən mühüm, qabaqcıl və kütləvi tədbir nüfuzunu qazandı.



 


Partnyorluq məsələləri ilə bağlı sualları info@netty.az ünvanına göndərə bilərsiniz.