Lionel Messi, Sergio Aguero, Sergio Ramos, David Luiz, Robin Van Persi və Vincent Kompanynin birlikdə oynadığı bir komanda xəyalınıza gətirin! İndi isə onların nələr edə biləcəyini düşünün!
Xəyal gücünü işə salan Pepsi tezliklə bu Xəyali komanda-nın “oyunu” nümayiş etdirəcək. Dünyanın 19 məşhur futbolçusu "Pepsi"nin Super Komandasına qoşulub. Dünya futbol çempionatı havasını yaşayan məşhur oyunçuların və "Pepsi"nin futbol təşəbbüsü “Bu anı yaşa” kampaniyasında əks olunacaq.
Futbolçulardan 6-sının şəkli isə Pepsi xüsusi buraxılışında yer alacaq. Xəyali komandanın iştirak etdiyi reklam çarxının kadrarxası çəkilişləri artıq internetdə yayılıb. Çarxa aprelin 2-si Bakı vaxtı ilə saat 13.00-dan etibarən baxmaq mümkün olacaq.