“Coca-Cola” şirkəti “Happiness Remix” mahnısını buraxaraq Beynəlxalq Xoşbəxtlik Gününün qeyd edilməsinə qoşulub. Sözügedən mahnının Coca-Cola Journey linkindən yükləmək mümkündür.


 


Prodüsseri “Rock Mafia” şirkəti olan “Happiness Remix” mahnı treki dünyanın müxtəlif bəstəkarlarının bəstələdiyi 17 mahnının melodiya və ritmini özündə əks etdirir.


 


“Happiness Remix” üçün mahnıları tapmaq üçün “Coca-Cola” şirkəti “Music Dealers” musiqi agentliyi ilə birgə işləyib və bütün bəstəkarları xoşbəxtliyə ilhamlandıran mahnı bəstələməyə çağırıb. “Rock Mafia” şirkətinin istedadlı dueti olan və Mayli Sayris, Selena Qomes, Aloe Blek və Meray Kerri kimi dünya şöhrətli ulduzlarla çalışan Tim Ceyms və Antonina Armato sözügedən mahnının yaradılmasında xüsusi rol oynayıblar.


 


Mahnı hazırlanarkən “Rock Mafia” şirkəti tanınmış musiqi psixoloqu, “Xoşbəxt musiqini nə cür yaratmaq” hesabatının müəllifi, Avstraliyanın “Curty University”ali təhsil müəssisəsinin professoru Adrian Nortla məsləhətləşiblər. “Mən elmi çox maraqlı hesab edirəm! Bir musiqiçi kimi musiqiyə səmimiyyətlə yanaşıram.İlhamlanma istiqamətinə inanıram, lakin biz bu musiqinin insanların psixikasına nə cür təsir etdiyinə və mahnıda olan kombinasiyaların hansı effektləri doğurduğuna çox təəcüblənmişik. Gözəl musiqi barədə öyrəndiklərimiz və onun insanlara nə cür təsir etməsini anlamaq xoşdur”, - deyə T.Ceyms bildirib.


 


“İnanmıram ki, kimsə bundan öncə buna bənzər nə isə edib. Bu, birmənalı olaraq hamını gülümsəməyə vadar edir”, - deyə A.Armato əlavə edib. Professor A.Nort sözügedən xoşbəxt musiqinin yaratma nəzəriyyəsini təsvir edib: “Musiqi xoşbəxtliyin ən güclü simulyatorlarından biridir. Müxtəlif şeylər insanı xoşbəxt edir, lakin müəyyən bit və melodiyaların aranjımanı vasitəsilə xoşbəxtliyin stimullaşdırma yolları mövcuddur”. “Coca-Cola” brendinin missiyası dünyanı təravətləndirmək və xoşbəxt anlara ilhamlandırmaqdır. Biz insanları xoşbəxt edən yeni mahnının buraxılışı ilə Beynəlxalq Xoşbəxtlik Gününü qeyd edirik. Əlbəttə, seçim pərəstişkarlarındır, lakin “Happiness Remix”ə qulaq asanların hamısı bu mahnıdan zövq alır”, - deyə “Coca-Cola” şirkətinin qlobal musiqi marketinqinin rəhbəri Co Belliotti qeyd edib.


 


“Happiness Remix”in videosu xoşbəxt anlar, musiqiçilərin çıxışı və “Coca-Cola”nın dünya üzrə reklam çəkilişlərindən ibarətdir. “Happiness Remix” - “Coca-Cola” şirkətinin dünya üzrə 200 ölkəsində həyəta keçirilən “Xoşbəxtliyi Kəşf Et” kampaniyasına olan yeni bir əlavədir. “Happiness Remix”in yaradılması və sözügedən layihədə iştirak edən musiqiçilər haqqında haqqında əlavə məlumat almaq üçün Coca-Cola Journey linkini ziyarət edin. Beynəlxalq Xoşbəxtlik Günü BMT tərəfindən hər bir insanın xoşbəxt olma və sağlam həyat tərzi yaşamaq hüququna malik olmasına sübüt kimi təsis edilib.



 


“Coca Cola” şirkəti haqqında:



 


“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 16 mlrd. ABŞ dolları olan brendlər daxildir: “Diet Coke”, “Fanta”, “Sprite”, “Coca-Cola Zero”, “vitamin water”, “Powerade”, “MinuteMaid”, “Simply” və “Georgia Coffee”. Qlobal miqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı hər gün 1,8mlrd. içki realizə edir.


 


Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” şirkəti dünyada TOP-onluğa daxildir. “Coca-Cola” şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com