Ailə TV Kabel Televiziyası şəbəkəsində yeni yayım stansiyasının işə salınması və TV kanalların artırılması məqsədilə aparılan profilaktika və yenidənqurma işləri ilə əlaqədar analoq və rəqəmsal rejimdə 8 aprel saat 01:00-dan dayandırılmış yayım dünən axşam saatlarından qismən bərpa olunmuşdur.
Hal-hazırda yayımın tam bərpa olunması istiqamətində işlər aparılır. Aparılan texniki sazlama işləri tam bitdikdən sonra Ailə TV rəqəmsal abunəçiləri ilkin olaraq, 170-dən çox yüksək keyfiyyətli (orijinal keyfiyyətdə) TV kanal əlavə 15 full HD və 4 yeni Ailə TV Kinozal kanalı izləmək imkanı əldə edəcəklər.
Əlavə olaraq Ailə TV analoq rejimdə də yayımın keyfiyyəti ikiqat yüksəldiləckdir. Həmcinin, abunəçilərimizn məmnunluğu üçün görülən bütün texniki yenilənmə ve profilaktika işlərinin nəzərdə tutulduğu müddətdən artıq çəkməsini və bunun nəticəsində haqlı narazılıqları nəzərə alaraq, sistem tam işə düşdükdən sonra, Aile TV abunəçilərinə kompensasiya ve bonuslar təqdim olunacaq.
Aparılan bütün işlər başa çatdıqdan sonra Ailə TV abunəçiləri Azərbaycanda analoqu olmayan xidmət və yüksək keyfiyyətli kontent əldə edəcəklər.