Ailə TV Kabel Televiziyası şəbəkəsində yeni sistemə keçid və TV kanalların artırılması məqsədilə aparılan profilaktika və yenidənqurma işləri ilə əlaqədar analoq və rəqəmsal rejimdə dayandırılmış yayım tam bərpa olunmaq üzrədir.


 


Artıq analoq və rəqəmsal rejimdə əksər TV kanalların yayımı bərpa olunub. Hal-hazırda yayımın tam bərpa olunması üzərində həm yerli həm də əcnəbi mütəxəssislər çalışır və TV kanalların yayımı tədricən bərpa olunur.


 


Abunəçilərdən xahiş olunur ki, vaxtaşırı avtoaxtarış funksiyasından istifadə etsinlər. Həmçinin, abunəçilərimizin məmnunluğu üçün görülən bütün texniki yenilənmə və profilaktika işlərinin nəzərdə tutulduğu müddətdən artıq çəkməsini və bunun nəticəsində haqqlı narazılıqları nəzərə alaraq, sistem tam işə düşdükdən sonra, Ailə TV abunəçiləri kompensasiya ve bonuslarla təmin olunacaqlar. 


 


Ailə TV Kabel Televiziyası operatoru olaraq, aparılan texniki yenilənmə və profilaktika işlərinə səbrlə yanaşan abunəçilərimizdən müvəqqəti narahatlığa görə üzr istəyirik, və bütün bu işləri maksimum qısa zamanda başa çatdırıb ən yüksək keyfiyyətli xidmətin təmin olunması istiqamətində səylə çalışırıq.