"Azərbaycan Gənclər Fondu"nun maliyyə dəstəyi ilə həyata keçirilən ”Gənclərə sahibkarlıq təlimlərinin təşkili və keçirilməsi” layihəsi çərçivəsində Zaqatala şəhərində “Öz Biznesini Başla” təlimi uğurla başa çatdı.


 


Layihənin əsas məqsədi Sahibkarlıq fəaliyyətinə başlamaq istəyən gənclərin maarifləndirilməsi və beləliklə regionda gənclərin daha geniş hissəsinin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, işgüzar aktivliyin artırılması işinə yardım etməkdir.



 


Bu müddət ərzində iştirakçılar həm nəzəri, həm də praktiki biliklərə yiyələndilər. Təlim zamanı iştirakçılara - Biznes ideyaların formalaşdırılması və imkanların qiymətləndirilməsi, Marketinqin əsasları (4P qaydası), Biznesin planlaşdırılması, Kreditlərin alınması qaydaları, biznes planın hazırlanması istiqamətində məlumatlar verilmiş və praktik işlər görülmüşdür. 5 gün 5 - 9 Aprel tarixlərində davam edən təlimdə 15 gənc iştirak etmiş və onlar layihəni uğurla başa vuraraq sertifikatla təltif olunublar.