Bu gün Azərbaycan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Gəncliyin İnkişafı” İctimai Birliyi və “Coca-Cola” şirkətinin birgə hayata keçirdiyi “Sağlam gələcək naminə fiziki aktiv ol” layihəsinin yekunlarına həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirin açılış mərasimində çıxış edən “Gəncliyin İnkişafı” İctimai Birliyin sədri Nəzrin Babazadə dəyirmi masa iştirakçılarını layihə barədə məlumatlandırıb və bildirib ki, layihə tərəfdaşlar və ictimaiyyət arasında rezonans yaradıb: “Aktiv ol, sağlam ol, həyat boyu qalib ol!” şüarı altında keçirilən aksiya “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı əsasında həyata keçirilib və Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Nərimanov rayonu İcra Hakimiyyəti, İSİM və Nərimanov rayonunun Gənclər və idman üzrə şöbəsi tərəfindən dəstəklənib”.
N.Babazadə, həmçinin bildirib ki, layihənin başa çatmasına baxmayaraq, onun “Gəncliyin İnkişafı” İctimai Birliyin “Coca-Cola” şirkəti ilə birgə həyata keçirdiyi ən uğurlu layihəkərdən biri olduğunu fəxrlə söyləmək olar. Layihənin dayanıqlığı həm yerlərdə, həm də dövlət səviyyəsində dəstəklənir. Belə ki, ötən il Nərimanov rayonunda, bu il isə Binəqədi rayonunda Gənclər və İdman Nazirliyi, İSİM və Binəqədi rayonu İcra Hakimiyyətinin dəstəyi ilə Ümumdünya Fiziki aktivlik Gününə həsr olunmuş festival keçirilib.
Layihənin eksperti layihə çərçivəsində keçirilən tədbirlərin tədqiqatı ilə çıxış edib ki, sonradan tədbirlərdən olan fotoşəkillər nümayiş olunub. Dəyirmi masa çərçivəsində qeyri-yoluxucu xəstəliklərin profilaktikası zamanı fiziki aktivliyin vacibliyi haqqında danışan layihənin ekspertləri endokrinoloq Yeganə Sultanova və kardioloq Samir Əsgərovun qısa çıxışları təşkil olunub.
“Dövlət qurumları və səhiyyə sahəsində faəliyyət göstərən ekspertlərlə əməkdaşlıq proqramları çərçivəsində sağlam və aktiv həyat tərzini təbliğ edən proqramların inkişafı “Coca-Cola” şirkəti üçün olduqca vacibdir. Proqramlarımız çərçivəsində “Coca-Cola” gənc insanları sağlam həyat tərzinin nə olduğunu və sözügedən həyat tərzinə başlamasına ilhamlandırır”, - deyə “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya üzrə meneceri Oleq Piletskiy bildirib.
Tədbir sözügedən layihə çərçivəsində çəkilən və yerli telekanalların birində göstəriləcək video-çarxın (https://www.youtube.com/watch?v=OHyF5KKAvCU) nümayişi ilə davam edib. Sözügedən video-çarx sağlam həyat tərzinin nə olduğunu əyani surətdə əks etdirir.
“Coca Cola” şirkəti haqqında:
“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 16 mlrd. ABŞ dollar olan brendlər daxildir: “DietCoke”, “Fanta”, “Sprite”, “Coca-ColaZero”, “vitaminwater”, “Powerade”, “MinuteMaid”, “Simply” və “Georgia Coffee”. Qlobal miqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər.
“Coca-Cola” şirkəti hər gün 1,8mlrd. Içki realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” şirkəti dünyada TOP-onluğa daxildir. “Coca-Cola” şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com.