Daim müştərilərin yanında olan və onların istəyini nəzərə alan Holcim şirkəti öz keyfiyyəti ilə seçilən “Qaradağ Ekspert” markalı qalaq sementini artıq kisələrdə satışa çıxarmaqdadır.



 


Müştərilərə Dəstək şöbəsinin meneceri Elnur Qurbanov bildirmişdir ki, “Holcim olaraq bizə hər bir sement istehlakçısının istəyi dəyərlidir. Bu sementin kisədə satışı kiçik və orta həcmli istehlakçılara istədikləri miqdarda sement almaq imkanı yaradır.”



 


Qaradağ Ekspert sement əsasən dəmir-beton konstruksiyalar üçün yüksək möhkəmlikli betonlar, quru qarışıqlar, izolasiya materialları, döşəmə məmulatları və  digər tətbiq sahələrində geniş istifadə olunur. Laboratoriyada aparılan sınaqlar göstərir ki, ekspert sementinin əsas üstünlüyü yüksək möhkəmlik tələb edən məhsulların istehsal olunmasına əlverişli şərait yaratmasıdır. 



 


Onu da qeyd etmək lazımdır ki, Qaradağ Sement şirkətinin Holcim Azərbaycan olmasından sonra hazırda Spesial, Optimal and Ekspert sement növləri kisə şəkildə: Solid, Ekspert, Ekpert Plus isə qalaq şəklində istehsal olunmaqla müştərilərə çatdırılır. Müştəri istəyini nəzərə alaraq Holcim tikinti materialları məhsullarının keyfiyyətinin artırılması istiqaməti üzrə daim yüksək texnoloji standartların və istehsal növünün tətbiqini davam etməkdədir.