Mobil operator 2014-cü ildəki ilk nailiyyətləri barədə məlumatı media nümayəndələri ilə bölüşdü.
Mariott mehmanxanasında qeyri-rəsmi müstəvidə keçirilən və yeni ildə ilk dəfə təşkil edilən görüş “Azerfon” şirkətinin 2014-cü ilin ilk aylarında əldə etdiyi nailiyyətlərə həsr olunmuş və ölkənin ən tanınmış jurnalistləri ilə bu barədə geniş fikir mübadiləsi aparılmışdır.
Mətbuat klubundakı görüşü açıq elan edən “Azerfon” şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət bölümünün rəhbəri Nigar Arpadarai “Nar Mobile” mobil operatorunun fəaliyyət və prinsiplərindən, eləcə də sosial layihələrə verdiyi böyük dəstəkdən söhbət açmışdır. Daha sonra “Azerfon” şirkətinin İnformasiya texnologiyaları üzrə baş direktoru Xəyyam Həsənli maraqlı təqdimatla çıxış etmişdir.
O, “Nar Mobile” mobil operatorunun informasiya texnologiyaları strategiyasının mahiyyətini açıqlamışdır. Xəyyam Həsənlinin bu təqdimatı sayəsində jurnalistlər kifayət qədər dəyərli informasiya əldə etmişlər. Görüşün sonunda Azerfon şirkətinin Satış üzrə baş direktoru, Leyla Nəsrullayeva jurnalistlərin suallarını cavablandırmışdır.