Futbol üzrə dünya çempionatı yaxınlaşdıqca, futbol azarkeşlərinin həyəcanı artır. Proqnozlar isə hələlik yalnız proqnoz olaraq qalır. Sevimli komandalarının və sevimli oyunçularının performansını canlı izləməyi kim istəməz ki? 


 


Böyük futbol azarkeşi olan Hyundai dünya çempionatı həyəcanını azərbaycanlı müştəriləri ilə də paylaşır. FIFA-nın və futbol üzrə dünya çempionatının rəsmi tərəfdaşı kimi “Harda olursansa ol, Hyundai səni çempionata götürəcək!” şüarı ilə dünyanın müxtəlif hissələrində kampaniyalar keçirmiş brend, aprel-may aylarında Hyundai sahibi olanlara sürpriz hazırlayıb.


 


May ayının 31-dək rəsmi Hyundai dilerlərindən istənilən Hyundai modeli alan hər bir şəxs Braziliyada keçiriləcək dünya çempionatının final oyunlarına bilet qazanmaq şansına malikdir. Biletlər aprel və mayın sonunda Hyundai müştəriləri arasında keçiriləcək lotereyada oynanılacaq. Lotereya Hyundai-ın rəsmi dilerlərindən avtomobil alan şəxslərə verilmiş kuponlar əsasında keçiriləcək.


 


Qalib gələn şəxslər Braziliyada, dünya çempionatının oyunlarına canlı baxa biləcəklər.  Lotereya qalibləri təkcə oyunlara biletlə deyil, gediş-dönüş təyyarə bileti, mehmanxanada yer, yemək və gəzmək üçün cibxərcliyi ilə təmin olunacaqlar. Hyundai müştərilərini adi oyunlarla yanaşı, Marakanya həyəcanı da gözləyir. Lotereyaya qoyulan biletlər içərisində final oyuna biletlər də var. Lotereyanın nəticələri  televiziya və digər media vasitələri ilə elan olunacaq. Qeyd edək ki, Hyundai brendini Azərbaycanda Auto Azərbaycan şirkəti təmsil edir.