Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Direktorlar Şurasının üzvləri Azərbaycanda səfərdə olan ABŞ Konqressinin yüksək vəzifəli nümayəndə heyəti ilə görüşüb. Görüş Azərbaycan və ABŞ arasında mövcud əlaqələrin möhkəmləndirilməsinə həsr olunub.
Tədbir zamanı müzakirə olunan məsələlərdən biri Amerika şirkətlərinin Azərbaycanda az olması idi ki, bu boşluğu ABŞ hökumətini daha aktiv cəlb etməklə və əməkdaşlıqla doldurmaq olar.
ABŞ Konqresinin nümayəndə heyətinə ABŞ Nümayəndələr Palatasının üzvü, Xarici Əlaqədar Komitəsinin sədri Ed Roys (Kaliforniya), Komitə sədrinin müavini xanım Eliot Enqel (Nyu-York), İnformasiya-maarifləndirmə fəaliyyəti və protokol direktoru xanım Elizabet Xen, heyət üzrə (azlıq) direktor Ceyson Steynbom, hərbi məsləhətçi Andrea Tompson və ABŞ hərbçiləri Devid Sisilin (Roy-Aylend), Lois Frankel (Florida), xanım Mari Roys və Kristel Uotson daxil idilər.
AmCham haqqında:
AmCham Azərbaycanda - Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyadır. Ölkənin ən geniş və nüfuzlu təşkilatlarından biri olaraq, AmCham öz üzvlərinə ən geniş işgüzar danışıqlar imkanı yaradır. 1996-cı ildə yaradılmış AmCham 270-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. AmCham Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir. Təşkilatın sahə komitələrinin vasitəsilə AmChamın üzvləri qarşılıqlı məlumat mübadiləsi aparır, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir. AmCham üzvü olaraq, şirkətlər və təşkilatlar hökümətlə geniş əlaqə imkanları əldə edir.
Web: www.amchamaz.org
Mail: chamber@amchamaz.org