"Microsoft" proqram təminatı üzrə müəllif hüquqlarının pozulması hadisələrinin araşdırılması çərçivəsində Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bundan öncə apardığı öncədən qurulmuş piratproqram təminatı ilə komputerlərin yoxlaması və sınaq tədarükünün ardı olaraq, Bakının komputer dükanlarında növbəti reyd keçirib.
Polis tərəfindən ilk yoxlama cari ilin Yanvar ayında sübutların toplanması və sonradan müəllif hüquqlarının pozulması və piratproqram təminatının yayılması üzrə cinayət işinin açılması üçün keçirilib. DİN tərəfindən keçirilən ikinci gözlənilməyən yoxlama Aprel ayının əvvəlində baş tutub.
Yoxlama zamanı araşdırmada sübut kimi istifadə olunacaq kompüterlər və onlarla əlaqəli materiallar müsadirə edilib. Müəlliflik hüququ və əlaqəli huquqlar haqqında Azərbaycan Respublikasının qanununa əsasən, piratproqram təminatının satışı və ya hər hansı formada yayılması müəllif hüquqlarının pozulmasıdır. Bu, cinayət, inzibatı və ya mülki məsuliyyətə, hətta həbs müddəti nə gətirib çıxara bilər.
Piratproqram təminatlı kompüteri aldıqda, istifadəçi texniki dəstək və mütamadi təhlükəsizlik yenilənmələrindən istifadə imkanını itirir və şəxsi məlumatlarını və sistemin etibarlılığını şübhə altına qoyur. IDC (International Data Corporation), Sinqapur Universitetivə "Microsoft"un Rəqəmsal cinayətlərilə mübarizə şöbəsi tərəfindən birgə keçirilən araşdırma göstərdiki, 11 ölkə bazarından əldə edilən 203 kompüterdən 61%-I viruslu proqram təminatı ilə işləyir.
"Microsoft" Korporasiyası Azərbaycanda istifadəçilərin məlumatlandırılmasını nəzərdə tutan kampaniyasını davam etdirəcək və onlara izah edəcək ki, yalnız orijinal “Microsoft” əsllik Sertifikatı computerə etibarlı proqram təminatının yüklənilməsinə zəmanət verir. Biz computer piratçılığının səviyyəsini azaltmaq istiqamətin də istifadəçilərimiz və tərəfdaşlarımızla izah etmə işlərimizi davam etdirəcəyik.
Lakin biz piratçılığın qarşısıını almaq üçün proqram təminatının yayılma kanalında və istifadəşilərimiz arasında mövcud hüquqi mexanizmlərdə istifadə edəcəyik", - deyə "Microsoft"un Mərkəzi və Şərqi Avropada lisenziyalaşdırma üzrə direktoru Yevgeni Danilov bildirib. Proqram təminatı istehsalçılarının Assosiasiyası (BSA | The Software Alliance) və Fransanın “INSEAD” biznes məktəbi və tədqiqat institute tərəfindən keçirilən araşdırmanın nəticələrinə əsasən, lisenziyalı proqram təminatının artımı Azərbaycan iqtisadiyyatına böyük xeyir gətirə bilər.
Lisenziyalı proqram təminatının 1% artımı Azərbaycanın ÜDM-nə 38 mln. ABŞ dollar gəlir gətirəcək, lisenziyasız proqram təminatının 1%-sə artımı yalnız 19 mln. Dollar gəlir gətirir. Beləliklə, lisenziyalı proqram təminatı bazarının 1% artımı iki dəfə çox gəlir əldə etməyə imkan yaradır. Bundan əlavə, lisenziyalı proqram təminatına yatırılan hər 1 dollar 380 dollar gəlir gətirir, lisenziyasız proqram təminatına xərclənən hər 1 dolların gəliri isə 28 dollar təşkil edir.
"Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilən tədbirlər dövlət qurumlarının istifadəçiləri, yerli biznesi və müəllif hüquqlarını ziyanlı proqram təminatından qorumaq istəyini göstərir. Ümidvarıq ki, belə fəaliyyət ölkədə proqram təminatı sənayəsini təkmilləşdirəcək və yerli iqtisadiyyatın inkişafına təkan verəcək. Növbəti aylar ərzində analoji yoxlamaların sayının bir qədər də artmasını gözləyirik", - deyə BSA-nın Azərbaycanda hüquq məsləhətçisi Nəriman Ramazanov bildirib.