2014-cü il Coca-Cola şirkəti üçün əlamətdar bir ildir: bütün dünyanın sevdiyi içkiləri istehsal edən nəhəng brend artıq 20 ildir ki, Azərbaycanda fəaliyyət göstərir. 


 


Hər zaman özünəməxsus kreativliyi ilə seçilən Coca-Cola, bu unudulmaz tarixin qeyd edilməsinə də qeyri-adi yanaşdı və bu yubiley ilə əlaqədar ölkəmizdə "Bu Coca-Cola Sənin Üçündür” həyata keçirtdi.


 


Bu ilin aprelində start verən möhtəşəm layihə bütün dünyada sürətlə insanların sevimli əyləncəsinə çevrilməkdədir. Coca-Cola ən məşhur insan adlarını, ailə üzvlərini label-ların üzərinə həkk etməklə sevdiklərinizə unikal hədiyyə almaq imkanı yaradıb. Layihənin daha da yayılması üçün reklam çarxları, bilbordlar bütün dünyanı dolaşır. Böyük ticarət mərkəzlərinin “Bu Coca-Cola Sənin Üçündür”  Layihəli brendinqi isə insanların əyləncəsinə əyləncə qatır.


 


Onu da qeyd edək ki, adları qeyd olunmayanlar da diqqətsiz qalmayıb. Tezliklə, onlar da öz şəxsi Coca-Cola banka və butulkalarını əldə edə biləcəklər. Bununla bağlı daha ətraflı məlumatla Coca-Colanın Facebook səhifəsində tanış olmaq olar. Coca-Cola 20 ildir onunla bərabər sərinlənən, əylənən, sevinən, xoşbəxtliyi kəşf edən dostlarına təşəkkür edir və sizin dostunuz olmaqdan qürur duyur!