“Microsoft” Korporasiyası və “Nokia” şirkəti müştəriləri sevindirəcək və biznesin imkanlarını genişləndirəcək yeni cihaz və servislər ailəsini təqdim etmək üçün birləşirlər. “Microsoft” Korporasiyası “Nokia” şirkətinin cihaz və servislər biznesinin alınmasına dair sövdələşmənin başa çatdığını elan edib.
Sövdələşmə dünya üzrə “Nokia”nın səhmdarları və dövlət idarəçiliyi orqanları tərəfindən təsdiqlənib. Sövdələşmənin başa çatması bu iki təşkilatın bir komandada birləşməsində ilk addım kimi qeyd olunur.
“Bugün biz “Nokia”nın cihaz və servislər biznesini öz ailəmizdə salamlayırıq. Onların bizə gətirəcəyi mobil imkanlar və aktivlər bizim transformasiyamızı daha da sürətləndirəcək. Bizim “öncə mobillik, öncə bulud” dünyamızda biz tərəfdaşlarımızla birgə əvvəlki kimi diqqətimizi innovasiyaların çatdırılmasında cəmləyəcəyik”, -deyə “Microsoft”un baş direktoru Satya Nadella bildirib.
Qeyd edək ki, “Nokia”nın keçmiş prezidenti və icraçı direktoru Stiven Elop bundan sonra “Lumia” smartfon və planşetlərinin, “Nokia” telefonlarının, “XboxHardware”, “Surface”, həmçinin, “Perceptive Pixel” (PPI) məhsul və aksesuarlarının daxil olduğu “Microsoft Devices Group”un yeni icraçı vitse-prezidenti olacaq. “Microsoft” sənaye sahəsində dünyanın 50 ölkəsində faəliyyət göstərən və innovasiya cihazları, mobil telefon və servislərin geniş portfelini istehsal və inkişaf etdirən və realizə edən 130 obyektin böyük təcrübəyə malik işçi heyətini salamlayır.
Müqavilə çərçivəsində“Microsoft” Korporasiyası “Nokia” müştərilərinə aid mövcud məhsullar üzrə bütün zəmanətlərə riayət edəcək. “Windows Phone” smartfonlar bazarında sürətli böyüyən ekosistemdi və onun mükafatlara layiq görülmüş cihazlar portfeli genişlənməkdə davam edir. IDC-nin hesabatına əsasən, 2013-cü ilin son rübündə “Windows Phone” öz mövqeyini 3 ən yaxşı əməliyyat sistemindən biri kimi möhkəmlətmişdir və 91% illik artımla aparıcı əməliyyat sistemləri arasında birinci olub.
Bundan başqa, “Nokia” ilə birlikdə “Microsoft” Korporasiyası illik gəliri 50 mlrd. ABŞ dolları təşkil edə biləcək mövcud mobil qurğular bazarını hədəf kimi götürüb və ilk mobil təcrübəsindən yararlanaraq yeni müştərilərinə servislər təqdim edəcək. Bununla yanaşı, “Microsoft” Korporasiyası yeni dəyərlər və imkanlar təchizatını davam etdirəcək və seçilmiş cihazlar yaratmaqda platforma, alətlər, programlar və servislər təminatını həyata keçirən bir sıra aparat tərəfdaşları, əməliyyatçılar, distribütorlar və satıcılar ilə sıx əməkdaşlıq şəraitində işləyəcək.Ümumilikdə, aparat və proqram təminatının birlikdə işləmə prinsipinin dərinlikliyini başa düşməklə, Korporasiya “Windows” məhsullarına olan tələbatı gücəndirmək və inkişaf etdirmək niyyətindədir.
“Microsoft” haqqında:
1975-ci ildə təsis edilmiş “Microsoft” Korporasiyası proqram təminatı istehsalında dünya lideridir. “Microsoft” Korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri.
“Microsoft” Korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Microsoft Azerbaijan” şirkətinin başlıca vəzifəsi - elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulların tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.