“Coca-Cola” şirkətinin səhmdarlarının illik toplantısında şirkətin 2013-cü ildəki gərgin, lakin eyni zamanda səmərəli fəaliyyəti, həmçinin 2014-cü il üçün əsas perspektivləri müzakirə olunub.


 


Tədbiri giriş sözü ilə açan “Coca-Cola” şirkətinin sədri və baş direktoru Muxtar Kent qeyd edib ki, "Coca-Cola 2013-cü ildə bir neçə rekord müəyyənləşdirə bilib. Hazırda botlerlər dünya üzrə həftədə 24 mln. müştəriyə xidmət göstərirlər.


 


Şirkətin aparıcı brendi olan “Coke” 2013-cü ildə təxminən 11 mln. ədədlə buraxılıb. “Coke” milyonluq brend kimi dünyanın 19 ölkəsində, o cümlədən inkişaf etmiş bazarlarda - Böyük Britaniya, Yaponiya, Meksika, həmçinin inkişaf edən bazarlarda - CAR, Braziliya, Türkiyə, Argentina və Kolumbiyada təqdim olunub. Bundan başqa, ötən il “Coca-Cola” dünya bazarında alkoqolsuz və istifadəyə hazır içkilər sektorunda payını artırıb. 


 


Ötən il Argentina və Çili bazarlarına kofeini olmayan “CokeZero”, həmçinin, təbii yolla şirinləşdirilmiş, steveyalı və az kaloriyalı “CokeLight” çıxarılıb. Şirkətin brendlərinin payı qazsız içkilər sektorunda 5%, stifadəyə hazır çayın payı 11%, adi və meyvə şirələrinin payı isə 5% artıb. Hesabat ilində “Coca-Cola” şirkəti öz Filippin biznesinin 51%-ni “Coca-ColaFEMSA” şirkətinə satıb və Braziliya, Pireney yarımadası və Böyük Tokio regionunda botler tərəfdaşlarına dəstək verib. Ötən il şirkət əməliyyat mənfəəti 10 mln. ABŞ dolları təşkil edib ki, bunun 8,5 mln. dolları səhmdarlara divident və təkrar alqı-satqıdan yaranmış iştirak payı formalarında ödəniləcək. Cari ilin əvvəlində dividentlər 9%-dəkartıb, bu, ardıcıl olaraq 52-ci illik divident artımıdır.


 


“Coke” dünya cəmiyyətində üç istiqamət üzrə müsbət dəyişikliklər əldə olunmasına yönəldilib - qadınların hüquqlarının genişləndirilməsi üzrə 5by20 layihənin və digər tədbirlər vasitasilə içki istehsalında istifadə olunan suyun hər bir litrını azaltmaqla təkrar istehsalla 2020-ci ilədək əvəzini ödəmək, az kalorili və kalorisiz içkilərin həcminin artırılmasına yönəldilmiş dünya üzrə 4 beynəlxalq öhdəliyi yerinə yetirməklə rifahın təşviqi, məsul bazar siyasəti, şəffaf markalanmavə dünya üzrə aktiv həyat tərzi proqramının dəstəklənməsi.


 


Şirkət Azərbaycanda AFFA, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi və Milli Olimpiya Komitəsiilə birgə sağlamlığın inkişafı istiqamətində həyata keçirilən proqramlar vasitəsilə iləyerli icmaların vəziyyətini yaxşılaşdırmaqda maraqlıdır. Aktiv həyat tərzi sahəsində “Sağlam gələcək naminə fiziki aktiv ol!” layihə Milli Olimpiya Komitəsi və Təhsil Nazirliyi ilə, “Məktəbli Kuboku” AFFA və Təhsil Nazirliyi ilə, Azərbaycanda Gənclərin Sahibkarlıq Proqramı (“YouthInc”) isə "Vətəndaş CəmiyyətindəDebatlar" İctimai Birlik və İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə həyata keçirilir.


 


“CocaCola” şirkəti haqqında:



 


“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 16 mlrd. ABŞ dollar olan brendlər daxildir: “DietCoke”, “Fanta”, “Sprite”, “Coca-ColaZero”, “vitaminwater”, “Powerade”, “MinuteMaid”, “Simply” və “Georgia Coffee”. Qlobal miqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir.


 


Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. “Coca-Cola” şirkəti hər gün 1,8mlrd. Içki realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” şirkəti dünyada TOP-onluğa daxildir. “Coca-Cola” şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com