Mayın 27-də Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Tikinti İşlərinin Təhlükəsizliyinə Nəzarət üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən “Kingspan-İzopoli” şirkətinin təşkilatçılığı ilə Bakıda "Yanğın təhlükəsizliyi və bina örtükləri" adlı seminar keçiriləcək.
Tədbirdə “Kingspan-İzopoli” şirkətinin nümayəndəsi Patrik Lenehan, İstanbul Texniki Universitetindən Mexaniki Mühəndislik Fakültəsininelmlər doktoru Əbdürrəhman Kılıç və FHN-in yüksək vəzifəli nümayəndələri çıxış edəcəklər.
Seminar yanğına qarşı tədbirlər barədə əhalinin məlumatlandırılması məqsədini daşıyır. Eyni zamanda, Azərbaycanda tikinti sənayesi üçün yanğına davamlı batareyaları ilə təchizatı istiqamətində FHN və “Kingspan-İzopoli” şirkətinin əməkdaşlığı barədə məlumat veriləcək. "Biz seminarın keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan Fövqəladə Hallar Nazirliyinə təşəkkürümüzü bildiririk.
Biz hökumət layihələri üçün Nazirliklə əməkdaşlıq edəcəyik və inanırıq ki, seminar tərəfdaşlarımıza və müştərilərimizə faydalı olacaq", - deyə “Kingspan-İzopoli” şirkətinin sədrinin müavini və kommersiya direktoru doktor Suat Kıroğlu bildirib. “Kingspan-İzopoli” şirkəti 1983-cü ildə təsis edilib və Türkiyədə FM sertifikatına (Sertifikatlaşdırılma və Razılaşdırılma üzrə Qlobal Lider) malik olan yeganə şirkətdir.
O vaxtdan bəri şirkət öz müştərilərinin ehtiyacını təmin edilməsinə və “FireSafe” paneli kimi yanğına davamlı keyfiyyətli məhsulların təchizatına nail olub. “Kingspan-İzopoli” illər ərzində durmadan genişləndirilərək sendviç panel sənayesi üzrə dünya lideri olan İrlandiya “Kingspan Qrup”u ilə tərəfdaşlıq edir. Qlobal inşaat elementləri sektorunun əsas oyunçularından olan “Kingspan Qrup”un dünya üzrə 25 istehsalat müəssisəsi fəaliyyət göstərir.
“Kingspan-İzopoli" şirkəti Azərbaycanda artıq 15 ildir fəaliyyət göstərir və “Bakı Gəmiqayırma Zavodu”, Milli Gimnastika Arenası, “Bakı Ekspo Mərkəzi”, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi, “Coca-Cola” və “PepsiCo” zavodlarının və digər obyektlərin layihələrini hazırlayıb. Müştərilərin coğrafi mövqeyindən asılı olmayaraq, şirkət təcrübəli mühəndis və arxitektor heyəti ilə hər bir layihə üçün kompleks həlləri və keyfiyyətli məhsul təklif edir.
“Kingspan-İzopoli” şirkəti istehsalat və xammalın istifadəsi sahələrində ekoloji normalara 100% əməl edir. Şirkət istehsalat zamanı ozondağıdıcı maddələrdən istifadə etmir və şirkətin istehsal etdiyi məhsullar dünya üzrə enerjiyə qənaət məsələsinə öz töhfəsini verir.