Bu gün “Jumeirah Bilgah BeachHotel”ində keçirilən mətbuat konfransında hotel yay mövsümü açıq elan edilib və yeni baş meneceri Kristof Mousse təqdim olunub.
Tədbir zamanı son illər Azərbaycanda turizm sektorunun sürətlə inkişaf etdiyi bildirilib, ölkə bazarında beynəlxalq hotellərin mühüm rolu vurğulanıb, eləcə də Birləşmiş Ərəb Əmirliklərində və xüsusilə də “Jumeirah” mehmanxanaları və kurortlarında azərbaycanlı turistlərin say artığı qeyd olunub.
Mətbuat konfransında “Jumeirah Bilgah BeachHotel”in hazırkı baş meneceri MeteAtakuman, “Jumeirah Group”un Yaxın Şərq, Afrika və Cənubi Asiyada əməliyyatlar üzrə baş vitse-prezidenti Marvan Əl Əli və “Jumeirah Group”un korporativ əlaqələr və ictimai işlər üzrə vitse-prezidenti Pirs Şrayber jurnalistlərə yay mövsümünün başlanması ilə əlaqədar tədbirlər, “Jumeirah” restoran həftəsi və “Jumeirah”da baş verən kadr dəyişikləri haqqında danışıblar.
Konfransda çıxış edən “Jumeirah Bilgah BeachHotel”in hazırkı baş meneceri MeteAtakuman hotelin fəaliyyət göstərdiyi 2 il ərzində ona dəstək verən hotelin qonaqlarına, yerli ictimaiyyətə, biznes tərəfdaşlarına, eyni zamanda hotelin səhmdarlarına, işçi heyətinə və həmkarlarına minnətdarlığını bildirib. “Jumeirah Bilgah BeachHotel”i 2012-ci və 2013-cü illərdə “WorldTravelAwards” tərəfindən "Azərbaycanın aparıcı hoteli”, İlin Şirkəti Milli Mükafatı tərəfindən "İlin ən yaxşı hoteli" mükafatlarına, həmçinin, 2013-2014-cü illərdə “Tripadvisor” turizm portalı tərəfindən keyfiyyət sertifikatına layiq görülüb.
"Əminəm ki, “Jumeirah Bilgah BeachHotel”i brendin əqidəsinə sadiq qalaraq qeyri-standart olacaq, həmçinin, gələcək illərdə də öz xidmətləri ilə qonaqlarını (sevindirəcək) tələbatını ödəyəcək”, - MeteAtakuman deyib. Qeyd edək ki, Mete Atakuman “Jumeirah Group” tərəfindən Çində “Jumeirah Guangzhou” hotelinin başlanğıc fazasına rəhbərlik etməyə təyin olunub. Tədbir zamanı Mete Atakuman “Jumeirah Bilgah BeachHotel”inin yeni baş menecerini Kristof Mousseni təqdim edib. O, rəhbərlik etdiyi hotelin ümumi strateji istiqamətinə və gündəlik fəaliyyətinə görə cavabdeh olacaq.
Kristof Moussenin Avropa, Yaxın Şərq, Qərbi Afrika, Mərkəzi Amerika və Asiyada, yerləşən hotellərdə və lüks hotel sənayesində 20 illik təcrübəsi var. Bundan öncə o, 2010-cü ildə “Jumeirah Zabeel Saray” hotelində menecer vəzifəsində çalışıb. "Mən iki yaşını qeyd edən və yay mövsümünə qoşulan “Jumeirah Bilgah BeachHotel”i komandasına qoşulmağa şadam. Regionda ən sürətlə inkişaf edən ölkələrin birində - Azərbaycanda olmaqdan məmnunam və ölkədə olan tarixi abidələri ziyarət etməyi səbirsizliklə gözləyirəm", - deyə Kristof Mousse qeyd edib.
Mərvan Əl Əli və Pirs Şrayber Azərbaycan və BƏƏ arasında işgüzar münasibətlərin inkişaf etdiyini bildiriblər və qeyd ediblər ki, tərəflər arasında turizm sahəsində gedən proseslərə xüsusi diqqətin yetirilməsi nəzərdə tutulub. Ötən il ərzində bütün dünya üzrə “Jumeirah” hotellərinə Azərbaycandan gələn turistlərin sayı əvvəlki ilə nisbətən 24% artıb, eyni zamanda Dubayda “Jumeirah” əmlakı 23% genişləndirilib.
Cari ilin ilk dörd ayı ərzində “Jumeirah”da Azərbaycandan olan biznes 26%, Dubayda yerləşən 8 “Jumeirah” hotellərində isə 32% artıb. Mətbuat konfransının daha bir məqamı “Jumeirah” Restoran Həftəsinin qaytarılması olub. Bu qlobal mətbəx tədbirində dünyanın 60-dan artıq restoranı iştirak edir. Sözügedən tədbir mayın 23-də başlayıb və mayın 31-dək davam edəcək.
Əlavə məlumat üçün:
Diana Skvortsova
Marketing &Communication Manager
Jumeirah Bilgah Beach Hotel
94 Gelebe Street, Bilgah District,
AZ1122, Baku, Azerbaijan
Telephone: +994 12 565 4000
E-Mail: diana.skvortsova@jumeirah.com
Website: www.jumeirah.com