Dünən Bakıda “Microsoft Azerbaijan” şirkətinin təşkilatçılığı ilə “Ofis hər yerdə” bir günlük aksiya keçirilib. Sözügedən aksiya çərçivəsində “Microsoft Azerbaijan”ın bütün əməkdaşları noutbuklarını özləri ilə götürüb ofisi tərk edərək, iş gününü “Il Patio” kafesində keçiriblər. “Microsoft Azerbaijan” şirkəti hamını onlara qoşulmağa dəvət edərək, iş gününü ofisdən kənarda - park və ya kafedə keçirməyə çağırıb.


 


Bu təşəbbüsə bütün şəhər üzrə təxminən 100 nəfər, o cümlədən, jurnalistlər, bloqerlər, tələbələr, İKT sahəsində fəaliyyət göstərən insanlar və s. qoşulub ki, onlar sosial şəbəkələrdə özlərini #ofisheryerde həştəqi ilə qeyd edərək, həmin günü ofisdən kənarda işlədiklərini bildirə biliblər.


 


Bu aksiya Azərbaycanla yanaşı Moldova və Qırğızıstanda da təşkil olunub və aksiya iştirakçıları arasında video-konfrans təşkil olunub. “Microsoft” Korporasiyanın əsas missiyası insanların öz məqsədlərinə çatması üçün onlara texnologiyanın istifadəsində yardım göstərməkdir. İnsanlar istədikləri resursları əldə etdikləri zaman son dərəcə yaxşı şeylər baş verir və “Microsoft” uzun illər zamanı ayrıca şəxslərin və cəmiyyətin potensialını alışdırmaq üçün texnologiyalardan istifadə edir - istənilən vaxt, istənilən yerdə.


 


“Microsoft” haqqında:


 


1975-ci ildə təsis edilmiş “Microsoft” Korporasiyası proqram təminatı istehsalında dünya lideridir. “Microsoft” Korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri. “Microsoft” Korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Microsoft Azerbaijan” şirkətinin başlıca vəzifəsi - elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulların tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.