Nettrends may ayı üçün bank, sığorta və mobil operatorlar haqqında Azərbaycanın online və  çap mediasında yer alan xəbərlərin tendesiya və statistikalarını müəyyən edib. 


 


Azərbaycan internet, gündəlik mətbuat, sosial media və TV kanallarının monitorinq və analizini edən “Nettrends” şirkəti (www.nettrends.az) 2014-cü ilin may ayının yekunlarını açıqlayıb.


 


Təqdim edilən statistikalar müvafiq adların yerli mediada Azərbaycan, rus və ingilis dillərində 170-dən çox xəbər saytında və  qəzetdə dərc edilmiş məqalənin analizinə əsasən müəyyən edilib. May ayında bank sektorunun lideri Unibankdır. Mobil operatorlardan Bakcell, sığorta şirkətlərindən isə AXA MBASK birincidirlər. Qeyd edək ki, elan edilən bu  statistik məlumatlar sistemimizə inteqrasiya edilmiş xəbər saytlarının və izlədiyimiz qəzetlərin məqalələri əsasında hazırlanır.


 


Hər sektora aid xəbərlər bir sözün müxtəlif formalarda yazılışı nəzərə alınmaqla, məzmununa görə təsniflənmir və toplu halında hesablanır. "Nettrends" bütün PR işlərini "vahid pəncərə"dən idarə etməyə imkan verən xidmətdir. Xidmət həm korporativ, həm də fərdi müştərilərə təqdim olunur. Əlavə məlumat üçün press@nettrends.az  ünvanına müraciət etmək və ya telefonla (012) 511-28-72 nömrəsi ilə əlaqə saxlamaq xahiş olunur.


 


Sosial şəbəkələrdə:


 


facebook.com/nettrendisaz
twitter.com/nettrendsaz
linkedin.com/company/nettrends